Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli və Dəstəfur İnzibati Ərazi dairəsi üzrə nümayəndələri hesabat verdilər

22 yanvar 2016 | 16:00

Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısının  şəhər, qəsəbə və  kənd   inzibati  ərazi dairələri  üzrə  nümayəndəliklərinin illik hesabat yığıncaqlarının keçirilməsi davam edir.
Hesabatlar Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısı cənab Əhəd Abıyevin, RİHB Aparatının məsul işçilərinin, rayonda fəaliyyət göstərən  idarə, müəssisə və təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və  kənd sakinlərinin iştirakı ilə birgə keçirilir.
Belə hesabatlardan biri də bu gün Əhmədli və Dəstəfur İƏDÜ Nümayəndəliklərində baş tutmuşdur. Yığıncaqda İƏDÜ Nümayəndələrinin hesabat mərüzəsi dinlənilmişdir. Ərazi üzrə 2015-ci il ərzində nümayəndəliklərinin gördüyü işlərdən, cari ildə qarşıda duran vəzifələrdən və onları narahat edən problemlərdən danışmışlar.
Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısı cənab Əhəd Abıyev hər iki  kənddə keçirilən hesabat yığıncaqlarında geniş çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə   aparılan uğurlu daxili və xarici siyasət və həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildə də respublikamızda dinamik inkişaf davam etmiş, daxili sabitlik təmin edilmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu xeyli artmış, mövqeləri daha da möhkəmlənmişdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında respublikamızın bütün bölgələrində olduğu kimi, Daşkəsən  rayonunda da  geniş tikinti, quruculuq, abadlıq işləri aparılır, ucqar dağ kəndlərinə yollar çəkilir, körpülər inşa olunur, su, elektrik, qaz  təchizatı yaxşılaşdırılır. Ölkə rəhbərliyinin tapşırıq və göstərişi ilə rayonumuzda müxtəlif sahələrdə aparılan işlərin nəticəsidir ki, bu gün ucqar dağlar qoynunda yerləşən Daşkəsən rayonu  özünün ən sürətli inkişaf dövrünü yaşayır, problemli məsələlər də öz müsbət həllini tapır, davamlı inkişaf gedir.
Təkcə 2015-ci ildə rayonumuzda əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, 2016-cı ildə də  sosial-iqtisadi layihələrin icrası uğurla davam etdiriləcək və  daşkəsənlilər hər zaman olduğu kimi  bundan sonra  da ölkə başçısı cənab İlham Əliyevin ətrafında daha sıx birləşəcəyik.

Keçidlər