Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda dini radikalizmlə bağlı maarifləndirmə tədbirləri daim diqqət mərkəzindədir

21 yanvar 2016 | 16:00

21 yanvar 2016-cı il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Daşkəsən Rayon İcra Hakimiyyəti ilə Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının birgə  təşkilatçılığı əsasında Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizə yolları və milli-mənəvi dəyərlərimizin təbliği” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev rayonda bu sahədə problemin olmadığını və bu istiqamətdə maarifləndirmə və monitorinq işlərinin mütəmadi aparıldığını bildirdi.  Çıxışı zamanı o,  Azərbaycan xalqının beynəlxalq multikultural mədəniyyətə töhfələrindən geniş söz açaraq  bildirdi:  “Əsrlərdir ölkəmizdə dinlərarası münasibətlər sağlam şəkildə formalaşıb. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Multikulturalizm — çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının yüksələn xətlə inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur ”.
Keçirilən tədbirdə rayon ağsaqqalı Elman Məmmədov nitq söyləyərək gənc nəslə öz tövsiyələrini verdi. 
Daha sonra Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının sədri Hacı Ənvər Əliyev Daşkəsən rayonunda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə olduğunu bildirərək, radikalizmlə mübarizə sahəsində son dövrlər ölkədə görülmüş işlər haqqında geniş məruzə ilə çıxış etdi. O, dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının adından minnətdarlıq bildirdi.
Tədbirdə mövzu ilə bağlı çıxış edən Daşkəsən rayon Təhsil şöbəsinin məsul işçisi Aydın Hüseynov, Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Aybəniz Vəliyeva və müəllimlərdən Duman Mahmudova  gənc nəsli dini  radikalizmin təsiri altına düşməməyə, baş verən hadisələri düzgün qiymətləndirməyə, dövlətə, xalqa layiqli vətəndaş kimi yetişməyə çağırdılar.
Orxan Həsənov

Keçidlər