Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qabaqtəpə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi hesabat verdi
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin illik hesabat yığıncaqlarının keçirilməsi davam edir.
Hesabatlar Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin, RİHB Aparatının məsul işçilərinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə birgə keçirilir.
Belə hesabatlardan biri də bu gün Qabaqtəpə İƏDÜ Nümayəndəliklərində baş tutmuşdur. Yığıncaqda Qabaqtəpə İƏDÜ Nümayəndəsinin hesabat mərüzəsi dinlənilmişdir. Ərazi üzrə 2015-ci il ərzində nümayəndəliyin gördüyü işlərdən, cari ildə qarşıda duran vəzifələrdən və onları narahat edən problemlərdən danışmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev Qabaqtəpə kəndində keçirilən hesabat yığıncağında dərin məzmunlu nitq söyləmiş, ölkəmizdə gedən böyük və sürətli inkişaf, quruculuq, abadlıq işlərindən, eləcə də rayonumuzda uzun illərdən bəri həllini gözləyən, çətin olan problemlərdən danışmışdır. Cənab Başçı qeyd etmişdir ki, indi dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevin apardığı sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə bütün sahələrin inkişafı üzrə əlverişli mühit yaradılmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev nitqinə davam edərək bildirmişdir ki, əmin ola bilərsiniz ki, möhtərəm Prezidentimizin ali diqqət və nəzarəti altında bu il də böyük tikinti, quruculuq, abadlıq, yenidənqurma işləri davam etdiriləcəkdir. Daşkəsənin xoş gələcəyi vardır.
Hesabat yığıncağında çıxış edən kənd sakinləri yüksək səviyyədə həllini tapmış problemlərə görə möhtərəm cənab Prezidentimiz İlham Əliyevə öz dərin minnətdarlıqlarını, razılıqlarını bildirərək qeyd etdilər. Bu qayğı bizi dünya şöhrətli Prezidentimizin ətrafında daha sıx birləşməyə ruhlandırır.
Kənd sakinləri həmçinin onları narahat edən digər problemlərlə bağlı təkliflərini, istək və arzularını Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının diqqətinə çatdırdılar. Edilmiş təklif və müraciətlərin bir neçəsi yerindəcə öz müsbət həllini tapdı, bəzilərinin həlli üçün isə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirildi.