YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin Aşağı Daşkəsən kənd ərazi ilk partiya təşkilatında növbəti görüşü keçirildi
YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin ənənəvi görüşlərindən biri də bu gün Aşağı Daşkəsən kənd ərazi ilk partiya təşkilatında baş tutmuşdur. Görüşdə YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Alıyev çıxış edərək qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının nüfuzu, şöhrəti günbəgün artmaqdadır.
Gənclər Birliyinin sədri ölkəmizdə başlanan sürətli inkişaf prosesində Respublika Prezidenti cənab İlham Əliyevin yaxından qayğısı, köməyi və dəstəyi ilə Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin yüksək təşkilatçılığı və idarəçiliyi sayəsində rayonumuzda qazanılan uğurları, bu nailiyyətlərdə YAP üzvlərinin, xüsusilə gənclərin böyük fəallığının olduğunu diqqətə çatdırdı.
Həmcinin qeyd etdi ki, rayon təşkilatı hazırda partiyanın amalına sədaqətli, saf, möhkəm əqidəli, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyənən və dəstəkləyən 4250 nəfərdən çox partiya üzvünü öz ətrafında birləşdirir.
Elşən Alıyev bu ilin noyabr ayında ölkəmizdə keçirilən parlament seçkilərində gənclərin aktiv iştirak etdiyini də vurğuladı. O, bildirdi ki, bu seçkilərdə gənclər əbədiyaşar Heydər Əliyev siyasətinə və bu müdrik siyasi kursu uğurla həyata keçirən Yeni Azərbaycan Partiyasının namizədinə yekdilliklə səs verdilər.
Müxtəlif təbəqələri təmsil edən, mütərəqqi fikirli, geniş dünyagörüşlü insanlar özlərini partiya sıralarında görmək, tərəqqi və quruculuq işlərində cəmiyyətimizin daha fəal üzvləri ilə birgə olmaq istəyirlər. Bu gün YAP Daşkəsən rayon təşkilatının sıralarında gənclər böyük çoxluq təşkil edir. Sevindirici haldır ki, mütərəqqi dünya görünüşünə, zəngin mənəviyyata malik olan gənclərimiz ürəklərinin hökmü ilə bizə müraciət edirlər.
Sizin ilk təşkilatdan da bizə müraciət edən 5 nəfər gənc bu gün YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etmişdir. Məlumat üçün bildirirəm ki, indi YAP Daşkəsən rayon təşkilatının sıralarında 1278 nəfər gənc vardır. Onlar ayrı-ayrı müəssisə və təşkilatlarda, kollektivlərdə özlərinin mənəvi zənginliyi, yüksək elitası ilə şəxsi nümunə göstərirlər. İstərdim ki, bu gün sizin ərazi ilk partiya təşkilatından YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edən gənclər də özlərinin xoş əməlləri, nümunəvi davranışları ilə YAP Daşkəsən rayon təşkilatının ünvanına daha böyük nüfuz, hörmət gətirsinlər.
Sonra tədbirdə Daşkəsən RİHBA-nın məsul işçisi Fəxri Həsənov və Aşağı Daşkəsən kənd ərazi ilk partiya təşkilatının sədri Vəli Ələsgərov da çıxış etmişlər. Onlar da öz çıxışlarında bildirmişlər ki, Yeni Azərbaycan Partiyasının daim dövlətciliyin möhkəmləndirilməsi və inkişafı ideyasını əsas götürməsi, təbliğ etməsi cəmiyyətimizin hər bir üzvündə bu ideyanın daşıyıcısı olmaq arzusu yaradıb.
Yeni Azərbaycan Partiyasının ideyalarını fəaliyyət proqramı kimi qəbul etdiyi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirməsi, həmcinin Partiyanın sədri, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsi, Azərbaycanın modern dövlətə çevirməsi insanların bu partiyaya olan inamını daha da möhkəmləndirib. Eyni zamanda, YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi, onun tərəfdarlarının sayının dəfələrlə artmasına səbəb olub. Təbii ki, bu cür artım bir daha insanların Yeni Azərbaycan Partiyasına, onun Sədrinə inandığını və onu dəstəklədiyini sübut edir. Şübhə yoxdur ki, Partiyanın sıraları dövlətciliklə bağlı olan insanların hesabına bundan sonra daha da genişlənəcək və cəmiyyətimiz ölkəmizin inkişafı prosesində YAP-la birgə addımlayacaq.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü