Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günü münasibətilə Daşkəsən rayonunda müasir tələblərə cavab verən iki yeni körpü istifadəyə verildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günü münasibətilə Daşkəsən rayonunda müasir tələblərə cavab verən iki yeni körpü istifadəyə verildi.
Bu gün Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Astaf kəndinə gedən hissəsində tikilmiş iki ədəd möhtəşəm körpünün təntənəli açılış mərasimi keçirilmişdir. Təntənəli mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev, rayon ictimaiyyətinin nümayəndələri, Qabaqtəpə kənd sakinləri və ətraf kəndlərin ağsaqqalları, gəncləri böyük ruh yüksəkliyi ilə iştirak edirdilər. Hamı bü möhtəşəm tikintiyə görə bir-birini təbrik edir, dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirir, daim qurub-yaratmaqdan yorulmayan İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevdən ağız dolusu böyük razılıqla danışırdılar.
Çox keyfiyyətlə və müasir standartlara uyğun inşa olunmuş körpülərin açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev bu gözəl gün münasibətilə tədbir iştirakçılarını qəlbən təbrik edərək demişdir:
-Bu gün biz, Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Qabaqtəpə kəndi ərazisində tikilmiş 2 ədəd körpünün açılışına - bu təntənəli mərasimə olduqca əlamətdar, tarixi bir gün - Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ad gününə yeni tikilmiş körpülərin açılışına toplaşmışıq.
Çox hörmətli möhtərəm cənab Prezidentimizi doğum günü münasibətilə Daşkəsən rayon ictimaiyyəti adından və öz adımdan səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür diləyir, ən xoş istəklərimizi bildirir, Azərbaycanın davamlı inkişaf yolundakı səmərəli dövləti fəaliyyətində Ona qarşıdan gələn yeni ildə yeni-yeni qələbələr arzul edirik.
Daşkəsənlilər bu körpülərin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğum günü şərəfinə başa çatdırılmasını qarşılarına məqsəd qoymuş, bunun üçün çox böyük əzmkarlıq
göstərərək istəklərinə nail olmuşlar. Belə ki, ad günü münasibətilə 2 yeni tikilən körpünün möhtəşəm açılışına çox yüksək əhval-ruhiyyədə toplaşıb qeyd edirik.
Bütün daşkəsənlilər cənab Prezidentimizlə fəxr edir, qürur duyurlar. Möhtərəm Prezidentimizə dərin hörmət, böyük ehtiram və minnətdarlıqlarını, ən xoş arzularını bu gün Onun ad günündə bildirirlər.
Ölkəmizin hərtərəfli inkişafı, möhtərəm Prezidentimizin Daşkəsən rayonuna xüsusi diqqət və qayğısı daşkəsənlilərin böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur. Cənab Prezidentimizin hörmətli xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə birlikdə 2014-cü ilin oktyabr ayının 17-də Daşkəsən rayonuna unudulmaz tarixi səfəri bütün daşkəsənlilərin qürurla yaşamaq, yaradıb-qurmaq əzmini misilsiz dərəcədə artırmışdır. Cənab Prezidentimiz Daşkəsən rayonunda bir sıra obyektlərin açılışında iştirak etmişdir. Biz indi də həmin səfərin yaratdığı çox yüksək xoş əhval-ruhiyyənin təsiri içərisindəyik.
Daşkəsənin siması yeniləşir, kəndlərimizdə insanların həyat səviyyəsi yaxşılaşır, bir sözlə Azərbaycan möhtəşəm formalaşaraq yeniləşmə, modernləşmə dövrünü yaşayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi,bü günkü Azərbaycanı 12 il bundan öncəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. Birmənalı olaraq bildirmək istəyirəm ki, Heydər Əliyev siyasətinə söykənərək Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət sözün həqiqi mənasında yeni bir müasir Azərbaycanı, yeni bir cəmiyyəti reallığa çevirib.
Bügünkü gündə açılışına toplaşdığımız körpülərin rəmzi mənasını xüsusi qeyd etmək istərdim. Bu körpülərin işğal olunmuş ərazilərimizə gedən yolun üzərində olması bir daha daşkəsənlilərdə bu inamı yaradır ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində yeni il - 2016-cı ildə mütləq işğal altında olan torpaqlarımız azad olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildə də respublikamızda dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu xeyli artmış, mövqeləri daha da möhkəmlənmişdir.
Ölkəmizin hər yerində olduğu kimi, 2015-ci il Daşkəsən rayonununda da sosial-iqtisadi inkişafında ən uğurlu il olmuşdur. Məhz, bu il Daşkəsən rayonunda tikinti, abadlıq, quruculuq, təmir-bərpa işləri daha da böyük vüsət almışdır.
Son aylar ərzində Alunitdağ qəsəbəsində elektrik yarımstansiyasının, Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintiləri aparılmış, rayonumuzda təbii fəlakət nəticəsində güclü ziyan dəymiş çoxsaylı çoxmərtəbəli yaşayış və inzibati binaların dam örtükləri əsaslı təmir edilərək yeni dəmir lövhələrlə əvəz olunmuşdur. Bu da əhalinin böyük sevincinə səbəb olmuşdur.
Hazırda Daşkəsən şəhərinin su-kanalizasiya sisteminin yüksək səviyyədə yenidən qurulması üzrə işlər uğurla davam etdirilir.
Rayonun qaz, işıq - elektrik təsərrüfatında geniş yenidənqurma işləri aparılır.
Bu körpülərin tikintisinə 2014-cü ilin sentyabr ayında başlanılmış, rayonun 8247 nəfər əhali yaşayan, 11 yaşayış məntəqəsini birləşdirən, bizimlə sərhəd cəbhə bölgəsində, işğal altında olan ərazilərimizə gedən yolda Çoşqunçay və Əyriçay çayları üzərində, yeni tikilmiş 2 ədəd körpü bu gün sizin iştirakınızla açılışı keçirilərək istifadəyə verilir.
Hər iki körpü Daşkəsən Rayon İcra Hakimiyyətinin sifarişi əsasında podratçı təşkilat olan “Retro İnşaat” MMC tərəfinə çox böyük maneələr, təzyiqlər göstərilsə də, çətinliklərin olmasına baxmayaraq sərt iqlim şəraitində tikilmişdir. Bu körpülərin tikilməsində şəxsən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və göstərilən yaxın köməkliklərinə görə Maliyyə Nazirliyinə də hörmətlə dərin minnətdarlığımızı bildiririk.
Layihəyə uyğun müasir tələblər səviyyəsində tikilmiş bu körpülərin hər birinin ümumi uzunluğu 28,4 metr, eni 11 metr, avtomobillərin hərəkət hissəsi isə 8 metr təşkil edir. Körpülər yaşayış məntəqələri arasında nəqliyyat vasitələrinin hərəkəti və gediş-gəliş üçün bütün tələblərə cavab verir.
Bildiyiniz kimi vaxtı ilə bu körpülərin olmaması səbəbindən ilin müxtəlif vaxtlarında yaşayış məntəqələri arasında nəqliyyat vasitələrinin hərəkətində və insanların gediş-gəlişində böyük çətinliklər yaranırdı. Yaşayış məntəqələri arasında nəqliyyat əlaqələri, sakinlərin gediş-gəlişi çay daşınlarına və sel sularına görə tamamilə dayanırdı. Qəza halları baş verirdi.
Eyni zamanda yaşayış məntəqələrinin əhalisinin bu cür çətin yaşayış şəraitinə görə başqa rayonların ərazilərinə köçməsi halları müşahidə olunurdu. Çünki, baş verən hadisənin vaxtında qarşısının alınmasında çox ciddi çətinliklər yaranırdı. Çox sevindirici haldır ki, bu gün bu problemlər həll olundu. İki yeni körpü tikilərək əhalinin istifadəsinə verildi.
Bu ciddi problemli məsələnin həlli ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə şəxsən bütün rayon əhalisi adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Bu iki körpülərin tikintisinin başa çatması demək olar ki, ərazidə olan kəndlərin bütün problemlərin öz həllini tapamasına və kəndlərin hərtərəfli sosial-iqtisadi inkişafına imkan verəcəkdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir.”
Yaşasın Müasir Azərbaycanın qurucusu, memarı Ümummilli liderimiz Heydər Əliyev ideyaları!
Bir daha da möhtərəm Prezidentimiz cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik, ona sağlam uzun ömür, ailə xoşbəxtliyi arzu edirik.
Həmişə olduğu kimi, daşkəsənlilər bundan sonra da respublikamızın möhtərəm Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək ulu öndər Heydər Əliyevin daimi yaşayan və qalib gələn ideyalarına sədaqət nümayiş etdirərək, ölkəmizin hərtərəfli inkişafı üçün var qüvvələrini sərf edərək çalışacaqlar.
Artıq 2015-ci il başa çatmaq üzrədir. Fürsətdən istifadə edərək başda möhtərəm Prezidentimiz olmaqla Sizi qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il – 2016-cı il münasibətilə ürəkdən təbrik edir, sizə sağlam uzun ömür, cansağlığı, ailə xoşbəxtliyi arzu edirəm.
Eşq olsun Müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevə!