Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonu ərazisində güclü külək yaşayış binalarına və elektrik təsərrüfatına xeyli ziyan vurmuşdur

14 noyabr 2015 | 16:00

Daşkəsən rayonu ərazisində 14 noyabr 2015-ci il tarixdə saat 00-10 radələrində baş vermiş təbii fəlakət  - güclü külək nəticəsində Daşkəsən şəhərinin 10-dan  artıq  çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik təsərrüfatına  ziyan dəymişdir. Şəhər İncəsənət məktəbinin inzibati binasının, S.Vurğun küçəsi 2 nömrəli və Ş.İ.Xətai küçəsi 4 nömrəli yaşayış  binalarının  dam örtüklərinə olduqca  ciddi ziyan dəymiş, güclü külək həmin binaların dam örtüklərini  tamamilə sıradan çıxarmış, taxta konstruksiyalarla birlikdə  binaların üstündən tamamilə atmışdır. S.Vurğun küçəsində yerləşən yataqxanadan 31 ailə rayon Mərkəzi Xəstəxanasına müvəqqəti yaşamaq üçün yerləşdirilmişdir.
       Baş vermiş təbii fəlakət barədə aidiyyəti üzrə qurumlara məlumat verilmiş, dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Keçidlər