Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV YAP RAYON TƏŞKİLATININ YENİ SƏDRİ İLƏ GÖRÜŞÜB

10 fevral 2022 | 16:00

Fevralın 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və YAP Daşkəsən rayon təşkilatına yeni sədr təyin olunan Meydanəli Yolçiyev rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və  ictimaiyyət nümayəndələri ilə görüş keçiriblər.

Keçirilən görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının şərəfli, zəngin inkişaf yolu keçdiyini bildirib, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrildiyini vurğulayıb.

Əhəd Abıyev YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyevin təcrübəli, dövlətçiliyə sadiq olduğunu qeyd edərək onu sədr təyin olunması münasibətilə təbrik edib və YAP rayon təşkilatının gələcək fəaliyyətinə yeni uğurlar arzulayıb.

Meydanəli Yolçiyev çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə, YAP idarə heyətinə və partiyanın çoxsaylı üzvlərinə təşəkkürünü bildirərək ona göstərilən bu etimadı məsuliyyətlə doğruldacağına bir daha söz verib.

Tədbirdə digər çıxış edənlər də yeni sədr təyin olunması münasibətilə Meydanəli Yolçiyevə təbriklərini çatdırıb YAP rayon təşkilatına işlərində müvəffəqiyyətlər arzulayıblar.

Keçidlər