Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən məktəbliləri ilə “Narkomaniyaya yox deyək” devizi altında görüş keçirilib

08 fevral 2022 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Polis Şöbəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici görüş təşkil edilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüqar Məmmədov, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Seymur Əfəndiyev və digərləri çıxış edərək narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıblar.
Daşkəsən Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Seymur Əfəndiyev qeyd edib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bir neçə fakt aşkarlanıb və dövriyyədən çıxarılıb. Diqqətə çatdırılıb ki, bu gün polis əməkdaşları, eyni zamanda, maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə ağ ölümün pəncəsinə düşməməsi üçün səylərini davam etdirir. Gələcəyin qurucuları olan məktəbli və tələbələr bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyil etməməlidirlər.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüqar Məmmədov çıxış edərək bildirmişdir ki, narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri də maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Şübhəsiz ki, ən böyük təbliğat və örnək ailədən başlayır. Ailələr nə qədər sağlam bağlara sahib olarsa, valideynlər övladları ilə nə qədər dostluq bağı qura bilərsə, o ailədə böyüyən uşaqlar da düzgün mühitdə böyüyüb formalaşacaq. Çünki valideynlər uşaqlar üçün ən təsirli mayak rolunu oynayır. Bu gün valideynlərin necə davranması və uşaları üçün hansı təsirə malik olması, sabah həmin uşaqların gələcəyinə bilavasitə təsir edir. Demək, gələcəyimiz öz əllərimizdədir. Gələcəyimizə bu gündən sahib çıxmağa başlayaq və "ağ ölüm"ə birlikdə yox deyək!
Sonra çıxış edənlər narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclər üçün təşkil olunan belə görüşlərin əhəmiyyətini qeyd ediblər. Tədbirin sonunda mövzuya dair videoçarx nümayiş olunub.

Keçidlər