Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Bayraq günü münasibəti ilə möhtəşəm yürüş keçirildi

09 noyabr 2015 | 16:00

 

Daşkəsəndə Bayraq günü
münasibəti ilə möhtəşəm yürüş keçirildi


9 Noyabr Bayraq günü ilə əlaqədar Daskəsən rayonunun Bayraq meydanında rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin zabit və əsgər heyəti ilə rayon ictimaiyyətinin birgə təşkil etdiyi təntənəli bayram yürüşü və tədbiri keçirildi. Tədbir rayon ictimaiyyətinin böyük coşqusu və rəğbəti ilə qarşılandı.

Rayon ərazisində yerləsən "N" saylı hərbi hissənin zabit və əsgər heyəti, rayon ictimaiyyəti və Daskəsən Rayon Icra Hakimiyyətinin məsul isçiləri əvvəlcə rayonun Bayraq meydanını ziyarət etdilər.

Sonra yürüş iştirakçıları rayonun Şəhidlər xiyabanına baş çəkərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs məzarlarına tər qərənfillər düzdülər.

Daha sonra Şəhidlər xiyabanından başlayaraq Heydər Əliyev prospekti boyunca hərbi yürüş edən izdiham rayonun Heydər Əliyev meydanında yürüşü başa çatdırdı. Tədbir iştirakçıları həmçinin ümummilli lider Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri düzdülər.

Heydər Əliyev Mərkəzini ziyarət edən yürüş iştirakçıları orada  Ulu öndərin həyat yoluna həsr edilmiş sənədli filmə tamaşa etdilər. Filmin nümayişindən sonar əsgərlər önündə Daşkəsən Rayon Icra Hakimiyyətinin məsul işçiləri Meydanəli Yolçuyev, Ilhamə Bayramova, Elmar Əliyev  nitq soyləyib, Daşkəsən Rayon Icra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin adından tədbir iştirakçılarını təbrik etdilər və  Bayraq gününün tarixindən, onun ictimai və siyasi əhəmiyyətindən geniş söhbət açdılar.

Sonda hərbçilər ilə birgə Heydər Əliyev Mərkəzi qarşısında xatirə şəkli çəkildi. 

Elmar Vüqarlı

Keçidlər