SHXÇDX-nin Daşkəsən rayon bölməsi şəhid ailələrinə bayram sovqatı paylayıb
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi, mayor Mirqasım Abbasov Vətən Müharibəsində Daşkəsən rayonundan şəhid olanların ailələrini ziyarət edərək onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları paylayıb, qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
Şəhid hərbi qulluqçuların valideynləri övladlarının Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq, igidlik və mərdlik nümunəsi göstərib şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev - Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini