Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda 1 noyabr Parlament seçkilərinə hazırlıqla bağlı növbəti müşavirə keçirildi

26 oktyabr 2015 | 16:00

Bu gün Daşkəsən rayon İcra Hakimiyyətinin inzibati binasında 1 noyabr Parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar növbəti müşavirə keçirilmişdir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev seçkilərə hazırlıqla bağlı ümumrayon müşavirəsində dərin məzmunlu nitq söyləmişdir.

Cənab Əhəd Abıyev demişdir ki, biz demokratik, hüquqi bir cəmiyyətdə yaşayırıq. İndiyədək keçirilmiş bütün seçkilər tam şəffaf, demokratik şəraitdə aparılmış, seçicilər ürəklərinin hökmü ilə öz dəstəklədikləri namizədə səslərini vermişlər.
Məlumat üçün bildirirəm ki, Daşkəsən rayonunda fəaliyyət göstərən bütün seçki məntəqələri 1 noyabr Parlament seçkilərinin keçirilməsi üçün tam hazır vəziyyətdədir. Rabitə, elektrik enerjisi, seçkilər günü ictimai asayişin qorunması, nəqliyyat və digər təchizat işləri ilə bağlı heç bir problem yoxdur. Seçkilərə hazırlıq yüksək  səviyyədədir. Məntəqələr seçicilərin rahatlığını təmin etmək məqsədilə ən təmirli, münasib binalarda yerləşdirilmişdir.
Hər birinizə yaxşı məlumdur ki, iqtidar partiya olan YAP bu seçkilərə 1 aydan artıqdır hazırlıq işləri aparır. Rayon və şəhər təşkilatlarında yaradılmış YAP Mərkəzi Seçki Qərargahının rayon şöbələri tam gücü ilə fəaliyyət göstərir. Bu qərargahın tərkibində partiyanın fəalları, seçki təcrübəsi olan insanlar toplaşmışlar.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev onu da bildirib ki, ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət ölkə rəhbəri cənab  İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, sabitlik, əmin-amanlıq seçkilərin yüksək səviyyədə keçiriləcəyini şərtləndirən vacib amillərdir. Ulu öndərimiz Heydər Əliyevin 100 illərə hesablanmış siyasəti əsasında Prezident cənab İlham Əliyev ötən illər ərzində ölkəmizin iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib. Bütün respublikamızda olduğu kimi rayonumuzda da aparılan geniş və irimiqyaslı tikinti, abadlıq və quruculuq işlərinə, uzun illərdən bəri yığılıb qalan problemli məsələlərin həllinə göstərdiyi köməyə görə ölkə rəhbərinə dərin minnətdarlığımızı bildiririk.
Nailiyyətlərimiz və uğurlarımız təbii ki, bundan sonra da davam edəcəkdir.
Ölkəmizdə mövcud olan siyasi sabitlik, iqtisadi uğurlar Ulu öndər Heydər Əliyev siyasətinin müdrikliklə, düzgün və inamla aparıldığının göstəricisidir. 
Rayonumuzda son beş ildə gedən quruculuq və abadlıq işlərinin, sosial iqtisadi inkişafın canlı şahidlərisiniz. Daşkəsəni problemsiz həyat, xoş gələcək gözləyir.
Müşavirədə cənab Əhəd Abıyev seçkilərin tam şəffaf, demokratik şəraitdə keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini vermişdir.
YAP-nın növbəti parlament seçkilərinə əzmlə getdiyini bildirən YAP-ın Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev seçki qərargahının üzvlərinə ətraflı məsləhətlər verərək qeyd edib ki, 1 noyabr Parlament seçkilərində partiya fəalları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, uğurlu fəaliyyətləri ilə partiyadan namizədliyi irəli sürülmüş şəxslərin qələbə qazanmasına töhfələrini verəcəklər.
YAP-ın Daşkəsən rayon təşkilatının sədri öz çıxışında Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevə seçkilərə hazırlıq işlərində göstərdiyi maksimum köməyə, diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi.
   Daha sonra müşavirədə Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Duman Mahmudova, S.Vurğun adına 4 saylı tam orta məktəbin müəllimi Adilə Məmmədova, şəhid anası Qızbəs Abbasova və digərləri öz çıxışlarında qarşıdan gələn seçkilərə hazırlığın yüksək səviyyədə aparıldığını qeyd etmiş, toplantı iştirakçılarına seçkilərin tam şəffaf, demokratik şəraitdə başa çatacağına əminliklərini bildirmişlər.

Sahib Əhmədov,
Respublika Jurnalistlər Birliyinin üzvü.

Keçidlər