Daşkəsəndə Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib
22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı və Azərbaycan Ədliyyəsinin 103-cü ildönümü münasibətilə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, Daşkəsən rayon Məhkəməsinin sədri Azad Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları ulu öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Bayram tədbirində başda Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri hörmətli Fikrət Məmmədov və Ali Məhkəmənin sədri hörmətli Ramiz Rzayev olmaqla, bütün ədliyyə işçilərinin peşə bayramı təbrik edilib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulanıb.
Sonda xatirə şəkli çəkilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini