Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ QEYD OLUNUB

01 oktyabr 2021 | 16:00

1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günü və Azərbaycan prokurorluğunun yaradılmasının 103-cü ildönümü münasibətilə Daşkəsən rayon İcra hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Daşkəsən rayon prokurorluğu ilə birgə ulu öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Bayram tədbirində başda Azərbaycan Respublikasının Baş Prokuroru hörmətli Kamran Əliyev olmaqla, bütün prokurorluq işçilərinin peşə bayramı təbrik edilib, onlara çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulanıb.
Sonda xatirə şəkli çəkilib.


Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər