Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇLARI, QAZİLƏRLƏ GÖRÜŞÜB

16 sentyabr 2021 | 16:00

Sentyabrın 16-da Daşkəsəndə Vətən Müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib. Görüşdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev və Vətən Müharibəsi qaziləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Görüş ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə çıxış edən Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev  və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət həyata keçirdilər. Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bütün daşkəsənlilər adından bir daha sonsuz minnətdarlığımızı bildiririk.
Rayon rəhbəri vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Daşkəsən rayonunda şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə olduğu kimi Daşkəsən rayon İcra hakimiyyətinin nəzər və diqqətindədir.  Belə ki, mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, şəhidlərin anım və doğum günləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülür.
Söhbət zamanı Vətən müharibəsi iştirakçıları və qazilər keçdikləri döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər. Qazi Rüfət Məmmədov qeyd edib ki, onlar Vətən və dövlət qarşısında öz vətəndaşlıq borclarını yerinə yetiriblər. Bununla belə, Azərbaycan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc verib. Qazi Fəqan Süleymanov isə deyib ki, bizim bu döyüşdə qələbədən başqa yolumuz yox idi.
Əhəd Abıyev bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim dövlətimizin qayğısını hiss edəcəklər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib.
Sonra Daşkəsən rayon Şəhidlər Xiyabanına gedilərək Vətən Müharibəsi iştirakçıları və qazilərin iştirakı ilə rayon Şəhidlər Xiyabanında yeni quraşdırılmış dirəkdə Azərbaycan Bayrağı ucaldılıb və şəhid məzarları ziyarət olunub.  
Vətən Müharibəsi iştirakçıları və qazilər onlara göstərilən daimi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 


Elmar Əliyev
Daşkəsən RİHB-nin İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

 

Keçidlər