Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə şadlıq evində reyd keçirilib

09 avqust 2021 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən “İlkin” şadlıq evində profilaktiki tədbir keçiriblər.
Reyd zamanı şadlıq evinin rəhbərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü bir daha diqqətinə çatdırılıb.
Qida Təhlükəsizliyi agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə şadlıq sarayında keçirilən mərasim zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları da yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər məclisə buraxılmayıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları və mobil qruplar təkcə şadlıq evlərində  deyil, eyni zamanda ictimai iaşə və ticarət obyektlərində, ictimai nəqliyyatda, insanların sıx toplaşdığı ərazilərdə vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi diqqətə çatdırır, mütləq şəkildə peyvənd olunmalarını tövsiyə edirlər.

 

Keçidlər