Daşkəsən rayonunda 15 Sentyabr – Bilik Günü yüksək səviyyədə keçirildi
Bü gün ölkəmizin hər yerində 15 sentyabr Bilik günü yüksək səviyyədə keçirilir. Daşkəsənlilər də həmin əlamətdar günə mütəşəkkil hazırlıqla gəlmişlər. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin rayon təhsilinə göstərdiyi diqqət və qayğı, tələbkarlıq günbəgün öz bəhrəsini verməkdədir. İmkansız ailələrə daxili imkanlar hesabına məktəbli formalarının verilməsi və həyata keçirilən digər pedaqoji yeniliklər razılıqla qarşılanır. Rayonun bütün ümumtəhsil məktəblərinə bilik günü münasibəti ilə səlahiyyətli nümayəndələr göndərilmiş, mövcud çətinliklər və problemlərlə bağlı yaddaşlarla təmin edilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev bilik günündə şəhərin mərkəzindəki A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə olmuş pedaqoji kollektivi şagirdləri əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik edərək demişdir :
-Sizi Daşkəsən rayon ictimaiyyəti adından, eləcə də öz adımdan salamlayır və 15 sentyabr – Bilik Günü münasibətilə təbrik edirəm, hər birinizə uzun ömür, can sağlığı və çox hörmətli, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən, müstəqil Azərbaycanımızda sülh, rifah, yeni-yeni uğurlar arzulayıram.
Bildiyiniz kimi, Azərbaycan təhsili bu günkü inkişafının öz mənbəyini ümummilli liderimiz Heydər Əliyev tərəfindən aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb. O vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Ulu öndər müəllimlərə hər zaman sonsuz hörmətlə yanaşıb. Azərbaycanda ali təhsil də Heydər Əliyevin rəhbərliyi dövründə inkişafa qədəm qoyub. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Azərbaycanda təhsilə olan böyük diqqət və qayğı bu gün möhtərəm Prezident, çox hörmətli cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirilir.
Ölkə başçısı çox hörmətli cənab Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısı respublikanın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da həyata keçirilir. Təkcə son dörd ildə Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən 7 ümumtəhsil məktəbin tikilib istifadəyə verilməsi, bir çox təhsil müəssisələrinin əsaslı və cari təmir edilməsi buna əyani sübutdur. Rayonumuzda təhsilin maddi-texniki bazasının möhkəmləndiriıməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi ötən illərə nisbətən daha geniş miqyas almışdır. Təhsil millətin gələcəyidir. Hər birimiz məktəblərə məbədgah, səcdəgah kimi baxmalı onu qorumalıyıq. Çin atalar sözündə deyilir ki, bir ili fikirləşirsənsə taxıl ək, 10 il sonranı düşünürsənsə ağac ək, 100 il sonranı düşünürsənsə savadlı və sağlam nəsil yetişdir.
Rayonumuzun inkişafı üçün atılan bütün addımlar ölkə Prezidentinin biz daşkəsənlilərin bu gününə, sabahına diqqət və qayğısının göstəricisidir.
Rayonumuzda təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə çox hörmətli, möhtərəm cənab İlham Heydər oğlu Əliyevə bir daha öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev rayonda təhsilin uğurları və inkişafı ilə bağlı nitqinə davam edərək demişdir ki, 15 Sentyabr bütün şagird və tələbələr, həmçinin onların valideynləri üçün əlamətdar bayram günüdür. Bu gün Respublikamızın bütün təhsil aləmində olduğu kimi, gələn il 60 illik yubileyini qeyd edəcək. Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbində də böyük canlanma vardır. Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəb rayonumuzun sayılıb seçilən ümumtəhsil ocaqlarından biridir. Ötən tədris ilində keçirilən rayon və respublika səviyyəli tədbirlərdə məktəbin şagirdləri bir-birinin ardınca parlaq uğurlar qazanmışlar. Ən əsası isə məktəbin məzunları bilikli, yüksək göstəriciləri ilə bir daha bizi sevindirmişlər.
A.Mürsəlov adına 2 saylı tam orta məktəbdən ali məktəblərə qəbul olunmaq üçün sənədlərini təqdim etmiş 13 nəfər məzunun 13 də tələbə adını qazanıbdır. Onlardan 1 nəfəri 614 bal toplayıb, 2 nəfəri isə 570 bal toplamışdır, 9-cu sinifdən isə 8 nəfər məzunun 8 də respublikanın müxtəlif orta ixtisas məktəblərinə qəbul olub. Bu həqiqətən də ürək açan nailiyyətdir. Mən bu yeksək göstərici münasibəti ilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Aybəniz xanım Vəliyeva olmaqla, bütün müəllim kollektivini səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev xüsusi vurğulamışdır ki, bu gün burada Sizinlə “Bilik Günü” bayramında iştirak etmək, Sizin sevincinizə şərik olmaq mənim üçün şərəflidir, qürurvericidir.
Ölkəmizin gələcəyi olan əziz şagirdlərimiz bu tədris ilində də müəllimlərin təlim-tərbiyəsi altında ötən illərdə öyrəndikləri bilik və bacarıqlarının üzərinə yenilərini əlavə edəcəklər.
Bunun üçün, əlbəttə, səylə oxumaq, müəllimlərin dediklərinə əməl etmək, tapşırıqları müstəqil yerinə yetirmək lazımdır. Ümumiyyətlə, hər bir şagird düşünməlidir ki, onun vəzifəsi yaxşı oxumaq, ölkəmizin gələcəyi üçün bilikli, bacarıqlı, ağıllı və məsuliyyətli böyüməkdir.
Mən, çıxışımın sonunda bu gün ilk dəfə olaraq məktəbə gələn birinciləri, artıq neçə illərini məktəblərdə keçirən şagirdləri, bu il məktəbdə son illəri olan 11-ciləri, müəllimləri, müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan gəncləri, bir sözlə, təhsil sahəsində çalışan hər bir kəsi “Bilik Günü” münasibətilə Daşkəsən rayon ictimaiyyəti adından, eləcə də öz adımdan bir daha təbrik edirəm. Bütün daşkəsənlilər adından ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və xanımı hörmətli Mehriban Əliyevaya təşəkkürümüzü və minnətdarlığımızı bildirir, uzun ömür can sağlığı, xalqımıza sülh və rifah, yeni-yeni qələbələr uğurlar arzu edirəm.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü