Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ NÖVBƏTİ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

17 iyun 2021 | 16:00

İyunun 17-də Daşkəsəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib.
Aksiyada rayon İcra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi veteranları, habelə sıravi vətəndaşlar, könüllü gənclər mütəşəkkilliklə iştirak ediblər.
Aksiyasının keçirilməsində əsas məqsədlərdən biri də ölkədə tədarük olunan qan ehtiyatını artırmaqdır.
Respublika Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı onlardan qan analizi götürülərək əvvəlcədən müəyyənləşdirilib. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır.
Səhər saat 10-dan axşam 17-dək davam edən aksiya zamanı 400 nəfərdən çox könüllü müayinədən keçib və sağlamlığı imkan verən donorlardan qan götürülüb.

Elmar ƏLİYEV
RİHB-nin İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

Keçidlər