Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Evimizi təmiz saxlayaq” devizi altında sosial aksiya keçirilib

06 iyun 2021 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyəti “Kapital Bank” ASC ilə birgə “ 5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”  ilə əlaqədar “Evimizi təmiz saxlayaq” layihəsi  çərçivəsində rayonun turistik bölgəsi olan Xoşbulaq kəndində sosial aksiya keçirib.
Daşkəsən rayonunun Xoşbulaq kəndinə hər il yay mövsümündə çoxsaylı yerli turistlərin istirahətə gəlməsi ilə əlaqədar ərazidə bir çox yerlərdə məişət tullantılarının qalıqları yaranırdı. Bu həm ətraf mühitin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olurdu, həm də istirahətə gələn insanlarda və yerli əhalidə narahatçılıq yaradırdı.
Məişət tullantılarının atılması üçün kifayət qədər yeşiklərin olmaması bu sosial problemi bir az da artırırdı.
Təşkilatçılar tərəfindən kənd ərazisində təmizlik-abadlıq işləri aparılıb və məişət tullantıları konteynerləri yerləşdirilib.
“Kapital Bank” ASC tərəfindən kənd ərazisinə müasir yeşiklərin quraşdırılması və məişət tullantılarının vaxtlı-vaxtında daşınması üçün aidiyyəti müəssisə ilə müqavilə bağlanması kənddə bu sahədə yaranmış sosial problemin birdəfəlik həll olunması deməkdir.
Kənd sakinləri bu aksiyanın keçirilməsini böyük sevinc hissi ilə qarşılamış və təşkilatçılara öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər