Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ KORONOVİRUSLA MÜBARİZƏ ÇƏRÇİVƏSİNDƏ HEYVAN KƏSİMİ MƏNTƏQƏLƏRİNDƏ MONİTORİNQ KEÇİRİLİB

02 iyun 2021 | 16:00

İyunun 2-də Daşkəsən rayon İcra hakimiyyətinin,  Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və rayon Polis şöbəsi əməkdaşlarının birgə iştirakı ilə Daşkəsəndə əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində aparılan tədbirlər, həmçinin koronavirusla mübarizə çərçivəsində sanitar vəziyyətin qiymətləndirilməsi, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə rayon ərazisində fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərinə baxış keçirilib.
Monitorinqdə heyvan kəsimi ilə bağlı mövcud vəziyyətin öyrənilməsi ilə yanaşı, vətəndaşların gündəlik ət təlabatının həcmi də araşdırılaraq müəyyən olunub.
Yoxlanış tədbirləri nəticəsində ərazidə baytar-sanitar ekspertizadan keçmədən ət satışı, eləcə də qayda və normalara cavab verməyən mağazalarda heyvan kəsimi ilə məşğul olan fərdi sahibkar aşkarlanmayıb.
Monitorinq zamanı mərkəzləşmiş ət kəsimi fəliyyəti ilə bağlı maarifləndirmə işləri də aparılıb. Belə ki, AQTA əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə onlara bildirişlər, koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər təqdim ediblər.
  Aidiyyəti qurumlarla birgə qanunvericiliyin tələblərinə uyğun olaraq rayon ərazisində heyvan kəsiminin tənzimlənməsi ilə əlaqədar monitorinqlər bundan sonra da davam etdiriləcək.

Keçidlər