Daşkəsən rayonunda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir.
Respublikamızın hər bir yerində olduğu kimi, Daşkəsən rayonunda da koronavirus epidemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir.
Rayon ərazisində fəaliyyət göstərən ticarət obyektlərində, əhalinin intensiv hərəkət etdiyi ərazilərdə, yaşayış evlərinin girişlərində, ümumi istifadə olunan yerlərdə, bankomat və ödəniş terminallarında və məişət tullantılarının atıldığı qablarda və ərazilərdə növbəti sanitar-təmizlik, dezinfeksiya işlərinə başlanılmışdır.
Bu istiqamətdə işlər davam etdirilir və Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən nəzərətdə saxlanılır.