Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ 9 MAY - QƏLƏBƏ GÜNÜNDƏ BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISININ BAYRAMI EVİNDƏ TƏBRİK EDİLİB

09 may 2021 | 16:00

Mayın 9-da Daşkəsən rayon İcra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi ilə birgə  faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibəti ilə Yuxarı Daşkəsən qəsəbəsində yaşayan Böyük Vətən müharibəsi veteranı İdris Əhmədovun bayramını evində təbrik ediblər.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin təbriklərini və bayram sovqatını İdris Əhmədova çatdıran rayon İcra hakimiyyətinin məsul işçisi Elmar Əliyev görüşdə deyib ki,  İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək döyüş yolu keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu gün müharibə və əmək veteranları dövlətimizin gündəlik qayğısını hiss edirlər. Prezident cənab İlham Əliyev veteranların sosial müdafiəsi məsələsini daim öz nəzarətində saxlayır: veteranlara prezident təqaüdü ödənilir, müntəzəm olaraq onlara mənzil və avtomobillər ayrılır, digər güzəştlər şamil edilir.
Elmar Əliyev onu da vurğulayıb ki, Daşkəsən rayonunda müharibə iştirakçılarına həmişə böyük diqqət və qayğı göstərilir. Rayon İcra hakimiyyəti  digər əlaqədar təşkilatlar ilə birlikdə müharibə veteranlarının problemlərinin həllinə, onların müalicəsinə daim yaxından köməklik göstərir.
Sağlamlıq durumu yerində olan veteranla çay süfrəsi arxasında səmimi söhbət aparılıb. Müharibə illəri ilə bağlı xatirələrini bölüşən Berlinə qədər döyüş yolu keçmiş İdris Əhmədov ona hər zaman göstərilən diqqət və qayğıya görə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib. 96 yaşlı veteran öz növbəsində bizə Qarabağda zəfər yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə və  hərbçilərimizlə qürur duyduğunu bildirib. Sonda veteranla xatirə şəkli çəkilib.
Hazırda Daşkəsən rayonunda 1 nəfər Böyük Vətən müharibəsi iştirakçısı yaşayır.

Elmar Əliyev - Vüqarlı
Daşkəsən RİBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

 

 

Keçidlər