Daşkəsən rayonunda Parlament seçkiləri ilə bağlı seçki qərargahının müşavirəsi keçirilmişdir
Daşkəsən rayonunda Parlament seçkiləri ilə bağlı seçki qərargahının müşavirəsi keçirilmişdir
Bu gün, 14 avqust 2015-ci il tarixdə Daşkəsən rayonunda bu ilin payızında keçiriləcək Parlament seçkiləri ilə bağlı YAP Mərkəzi seçki qərargahının Daşkəsən rayon şöbəsinin müşavirəsi keçirilmişdir. Müşavirədə aidiyyəti üzrə partiya fəalları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Yığıncaqda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev iştirak etmişdir.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev seçki qərargahının işi, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat vermiş, Azərbaycanda seçki qanunvericiliyinin demokratik prinsiplərinin təmin olunmasında böyük və geniş imkanları qeyd etmişdir. Bildirmişdir ki, indi Azərbaycan Respublikasının seçkilərlə bağlı topladığı müsbət təcrübə həm daxildə, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Şəffaflığın, demokratik şəraitin yaradılmasından, seçicilər arasında aparılan məqsədyönlü maariflənmə işlərindən danışan Meydanəli Yolçuyev onu da qeyd etmişdir ki, Azərbaycan demokratik, dünyəvi dövlətdir. Biz dövlətimizin qazandığı gözəl ənənələri, yüksək seçki mədəniyyətini 5-ci çağırış Milli Məclisə seçkilərdə də nümayiş etdirməliyik. Sözün əsl mənasında biz bu seçkilərdə var gücümüzlə təbliğat aparmalı, düzgünlüyün, ədalətin, şəffaflığın qorunmasına çalışmalıyıq. Mən hər bir Daşkəsən seçicisinə böyük hörmətlə yanaşıram və onlara inanıram. Tam əminəm ki, bizdə həmişə olduğu kimi bu seçki də yüksək səviyyədə baş tutacaq, şəffaflıq, ədalət təmin olunacaqdır.
İndi Parlament seçkilərinin demokratik standartlara uyğun keçiriləcəyini heç bir qüvvə inkar edə bilməz. Ona görə ki, ölkəmiz həm regionda, həm də beynəlxalq aləmdə sabitliyi, yüksək templi inkişafı, demokratikliyi və şəffaflığı ilə tanınır. Aydındır ki, Azərbaycanın bu cür beynəlxalq aləmdə tanınması üçün möhtərəm Prezidentimizin ətrafında birləşən YAP fəallarının da böyük rolu vardır. YAP üzvləri həmişə olduğu kimi bu siyasi kompaniyada da özlərinin fəallıqları və təşəbbüskarlıqları ilə seçilirlər.
Məlumat üçün bildirim ki, Daşkəsən rayonu üzrə seçki qərargahı nəzərdə tutulmuş qrafikə uyğun lazımi tədbirləri gündəlik fəaliyyətində yerinə yetirir. Rayon ərazisində fəaliyyət göstərən bütün seçki məntəqələrində hazırlıq işləri yaxın günlərdə başa çatdırılacaqdır. Bu gün inamla demək mümkündür ki, rayonumuz Parlament seçkilərinə böyük coşqu və həvəslə gedir.
Rayonumuzda və eləcə də ölkəmizdə YAP-ın üzvləri olaraq bizlərin hər birinin bu seçkilərdə fəallığı, təşəbbüskarlığı, müşahidələr , əhali arasında mövcud olan ümumi razılıqlar onu deməyə əsas verir ki, indi Azərbaycanda demək olar ki, seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə öz hörmət və ehtiramlarını məhz seçki günündə bir daha nümayiş etdirəcəklər.
YAP Daşkəsən rayon təşkilatında yaradılmış seçki qərargahında YAP Mərkəzi Seçki Qərargahının tövsiyə və tapşırıqlarına uyğun konkret fəaliyyət proqramları və tədbirlər sizlərin iştirakı ilə hazırlanmış və ardıcıl yerinə yetiriləcəkdir. Seçkilərin uğurla, tam demokratik və şəffaflıq şəraitində həyata keçirilməsi bizim hər birimizin layiqli işimizdən, özümüzə qarşı tələbkarlığımızdan çox asılı olacaqdır.
Rayon seçki qərargahının iclasında seçki məntəqələrinin hazırlığı ilə bağlı partiya fəalları arasında bölgü aparıldı. Sonra müşavirədə seçkilərlə bağlı fikir mübadiləsi oldu, aidiyyəti üzrə suallar cavablandırıldı.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü