Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Vətən müharibəsi şəhidi Elməddin Vəkilov dəfn edildi

08 may 2021 | 16:00

Mayın 8-də Vətən müharibəsi zamanı itkin düşən və bir neçə aydan sonra şəhid olduğu məlum olan Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş MAXE, baş əsgər 1988-ci il təvəllüdlü Daşkəsən rayon sakini Vəkilov Elməddin Nizami oğlunun nəşi şəhidin doğulduğu Daşkəsən şəhərinə gətirilib.
Şəhidin evində keçirilən vida mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhid Elməddin Vəkilov Daşkəsən rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib:
- Sentyabr ayından başlayan Vətən müharibəsi Azərbaycanın ordusunun tam qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 günə uzun illər işğal altında qalmış doğma torpaqlarımız azad etdi.
Neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Onlardan biri də qəhrəman şəhidimiz Vəkilov Elməddin Nizami oğludur.
Vəkilov Elməddin Nizami oğlu torpaqlarımızın azadlığı uğrunda böyük şücaət, hünər göstərərək şəhid olmuşdur. Onun əziz xatirəsi hər zaman bizlərin – xalqımızın qəlbində  əbədi yaşayacaqdır!
Bu gün müqəddəs Ramazan ayında şəhidimiz Vəkilov Elməddin Nizami oğlunu dəfn edirik.
Allah onu cənnətdə mükafatlandırsın, ruhu şad olsun.
Şəhidimizin yaxınlarına, doğmalarına bütün hərbçi dostları və rayon ictimaiyyəti adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi Azərbaycan torpaqları işğaldan azad edilmişdir. Ölkəmiz özünün sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin edən qalib ölkə kimi dünyada tanınmışdır.
Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Allah Prezidentimiz cənab İlham Əliyevi qorusun, Prezidentimiz də xalqımızı, müasir müstəqil dövlətimizi.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Əhəd Abıyev şəhidin qardaşı Eldəniz Vəkilova təqdim edib.
Dəfn mərasimində yaylım atəşi açılıb.


Elmar ƏLİYEV – VÜQARLI
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

 

 

Keçidlər