Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib

29 aprel 2021 | 16:00

Aprelin 27-də “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Böhranları qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov və RİHBA-nın aparıcı məsləhətçisi Bəhmən Verdiyev, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, Dövlət Əmək Müfəttişliyi Xidməti və İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax Regional Bölməsinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov qonaqlara əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində görülən işlər barədə ətraflı məlumat verdi. Sədr müavini işçilərin sağlamlığının qorunması, təhlükəsiz iş şəraitinin yaradılmasının şirkətin əsas prinsiplərindən biri olduğunu vurğuladı.
Qeyd etdi ki, şirkət bu istiqamətdəki fəaliyyətini daimi olaraq təkmilləşdirir və Cəmiyyətdə əməyin mühafizəsinin norma və prinsiplərinə əməl edilməsi gündəlik fəaliyyətin əsas tərkib hissəsinə çevirir.
Sonra Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov çıxışında qeyd etdi ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan olunub. Məqsəd işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə cəmiyyətin, xüsusilə işəgötürənlərin diqqətinn artırılmasıdır.
Bu il üçün Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı BƏT tərəfindən irəli sürülən əsas mövzu pandemiya ilə əlaqədar iş yerlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, işçilərin infeksiyaya yoluxma riskindən mühafizə olunmalarıdır.  Ona görə bu günkü tədbir pandemiya dövründə karantin şərtlərinə uyğun olaraq çox az sayda iştirakçı ilə keçirilir.
Hazırda ən vacib məsələlərdən biri Nazirlər Kabineti yanında Operativ Qərargahın  qoyduğu tələblərə ciddi əməl edilməsidir. İş yerlərində və eləcə də gündəlik həyatımızda insanlar arasında məsafə saxlanılmalı, işlərin mümkün qədər virtual görülməsi (telefon danışıqları və elektron poçt vasitəsi ilə, iclasların onlayn qaydada aparılması, işlərin növbəli təşkili və s.), iş yerlərində dezinfeksiya və antiseptik vasitələrin olması, əllərin yuyulması üçün yerlərin çoxaldılması və əlyuma vasitələrinin olması, iş yerlərinin və iş masalarının səthlərinin mütəmadi təmizlənməsi, qapı dəstəklərinin, kompyüter avadanlıqlarının, tez-tez istifadə olunan digər əşyaların mütəmadi antiseptik materialla dezinfeksiya olunması, ümumi istifadədə olan otaqların, sanitariya qovşaqlarının dezinfeksiya olunması və s. çox vacibdir.
İşə cəlb olunmuş bütün işçilərin pandemiya şəraitində fərdi mühafizə vasitələrindən istifadə qaydalarına, öz vəzifələrini təhlükəsiz yerinə yetirmələrinə dair təlimatlandırılmalı və maarifləndirilməlidir.
V.Məmmədov vurğuladı ki, COVID-19 pandemiyası işçilərin və onların yaxınlarının qorunmasında əməyin mühafizəsinin önəmini bir daha təsdiqləyir.
Daha sonra tədbir iştirakçıları Çovdar filiz emalı sahəsində yaradılan iş şəraiti ilə tanışlıq məqsədilə istehsalat prosesini barədə videosüjeti izləyib, müəssisədə istifadə olunan fərdi və kollektiv mühafizə vasitələrinə baxış keçiriblər.

Keçidlər