Daşkəsən rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb
Bildirilir ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müvafiq əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin baş məsləhətçisi işləmiş 2-ci dərəcə dövlət qulluqçusu, Vətən müharibəsi iştirakçısı, Həsənov Fəxri Akif oğlu RİHBA-da yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının digər əmri ilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Şıxəliyev Elmar Vaqif oğlu “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun 33-cü maddəsinin 1.5 və 1.6 bəndlərinə uyğun dövlət qulluğuna xitam verilərək tutduğu vəzifədən azad edilib.