DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI YANINDA ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB
Aprelin 20-də karantin qaydalarına riayət edilməklə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Şura iclasını giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev iclasın koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və tapşırıqlarına uyğun olaraq məhdud çərçivədə keçirildiyini, yalnız aidiyyəti məsul işçilərin iştirak etdiyini bildirib.
Əhəd Abıyev qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən atılan addımlar, verilən müdrik qərarlar sayəsində xalqımız koronavirus bəlasından az itkilərlə xilas olmağı bacarıb. İcra başçısı çıxışında Prezident cənab İlham Əliyevin rəhbərlliyi ilə Müzəffər Ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində qazandığı qələbənin hər bir vətəndaşımızda qürur hissi doğurduğunu söyləyib. Torpaq uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Əhəd Abıyev şura iclasının gündəliyini elan edib. İclasda müzakirəyə çıxarılan məsələlərlə, o cümlədən əmək intizamı ilə bağlı rayon İcra hakimiyyətinin məsul işçiləri geniş məruzə ilə çıxış ediblər.
Daha sonra Şuraya çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, çatışmazlıqlar qeyd olunub.
Əhəd Abıyev nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Yekunda müzakirə olunan hər bir məsələ ilə bağlı Şura iclasının qərarı qəbul edilib.