Daşkəsən rayon Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi keçirilib
Yeni ailə quranların Heydər Əliyev mərkəzlərində təntənəli nikah mərasimlərinin keçirilməsi artıq ənənə halını alıb. Bu təşəbbüs gənclərin ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə olan ehtiram və məhəbbətinin bir göstəricisidir.
Belə nikah mərasimlərindən biri də bu gün Daşkəsən şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutdu. Rayon sakinləri Tural Rzayev və Nisəxanım Novruzovanın nikah mərasimi keçirilib.
Ailə quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül düzərək, xatirəsini ehtiramla yad ediblər. Gənclər həmçinin Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və fotoşəkillərlə tanış olublar. Sonra yeni evlənənlərin yaxın qohumlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə nikah mərasim başlanıb. Rayon Qeydiyyat şöbəsinin əməkdaşı Ruhanə Qurbanova nikah şəhadətnaməsini gənclərə təqdim edib, birgə həyatda onlara xoşbəxtlik və səadət diləyib.
Mərkəzin direktoru Nailə Məmmədova yeni ailə həyatı quran gənclərə ən xoş arzularını bildirib.
Mərasimdə iştirak edən Daşkəsən rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları da gəncləri təbrik edərək, onlara möhkəm cansağlığı, qarşılıqlı anlaşma və səadət arzulayıblar.