DAŞKƏSƏNDƏ BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD OLUNMUŞDUR
Martın 5-də Daşkəsən rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev tədbiri giriş sözü ilə açaraq Beynəlxalq Qadınlar Günü münasibətilə başda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan xanımlarını təbrik etmiş, daşkəsənli qadınların rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakından danışmışdır.
Çıxış edən qadınlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək bundan sonra da rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında yaxından iştirak edəcəklərini bildirmişlər.
Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ali dövləti fəaliyyəti xüsusi vurğulanmış, bütün Azərbaycan qadınlarına möhkəm cansağlığı, ailə səadəti, müstəqil dövlətimizin inkişafı naminə daha fəal və təşəbbüskar olmaları arzu edilmişdir.
Tədbirin sonunda bir qrup qadına hədiyyələr təqdim olunmuşdur.