Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda Ramazan bayramı münasibətilə iftar süfrəsi açıldı

18 iyul 2015 | 15:00

Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin  və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə “Yeni həyat” sarayında Ramazan bayramı tədbiri keçirildi. Rayonda olan idarə, müəssisə və təşkilatların rəhbərlərinin, YAP fəallarının,eləcə də şəhid ailələrinin və imkansızların, ümumən oruc tutanların iştirak etdiyi mərasim Qurani-Kərimdən ayələrin oxunması ilə başladı.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev  çıxış edərək tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edib, hər birinə ən səmimi arzu və diləklərini yetirdiyini bildirdi.
Əhəd Abıyev qeyd etdi ki, ilahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Ölkəmizin hər bir bölgəsində olduğu kimi, daşkəsənlilər də mübarək Ramazan ayını, həmişə olduğu kimi, bu il də böyük fərəh hissləri və könül xoşluğu ilə yola salırlar. Orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız məmnuniyyətlə bayram sevincini bölüşür, dövlətimizin rifahı və tərəqqisi üçün diləklər edirlər, şəhidlərimizin ölməz ruhuna dualar oxuyurlar. İnanıram ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər tanrı dərgahında qəbul olunacaq, uca yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.
       Milli və dini tolerantlığın hökm sürdüyü Azərbaycan Respublikasında bütün dini bayramlar, o cümlədən də Ramazan bayramı hər il təntənə ilə qeyd edilir. Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayıdır. Bu ay ərzində ölkəmizdə təşkil olunan iftar süfrələri də ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.
       Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev  nitqinə davam edərək xüsusi ilə vurğuladı ki, Azərbaycanda hökm sürən bu inkişafın, birliyin, vicdan azadlığının təməlində ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Son illərdə Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı böyük uğurlara nail olunmuşdur. O cümlədən rayonumuzda da tikinti-quruculuq işləri geniş vüsət almışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində Daşkəsən rayonu dinamik inkişaf mərhələsindədir. Daşkəsən şəhəri günü-gündən gözəlləşir.
Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizin ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda təməlini qoyduğu sabitlik, inkişaf, vicdan azadlığı və tolerantlıq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük siyasi müdrikliklə, uğurla davam etdirilir. Dünya şöhrətli prezidentimizin Ramazan bayramı münasibəti ilə xalqımıza səmimi təbriki bizi yeni-yeni nailiyyətlərə, uğurlara ruhlandırır, dövlətə və dövlətciliyə sədaqətimizi daha da artırır.
Bu tolerantlığı beynəlxalq birlik də səmimi etiraf edir. Respublikamızda milli-mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri vardır.
Bu əziz gündə bir daha sizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin!
Bayram tədbirində Qafqaz müsəlmanları idarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Ramazan bayramı münasibəti ilə tədbir iştirakcılarını və eləcə də bütün xalqımızı təbrik edərək, xoş arzularını bildirdi. Heydər Əliyev siyasi kursunun ən layiqli davamcısı, beynəlxalq tribunalardan özünün cəsarətli cıxışları, mütərəqi fikirləri ilə secilən və sevilən möhtərəm prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü bildirdi. Qeyd etdi ki, növbəti Ramazan bayramımızı Ali Baş Komandanımızın rəhbərliyi altında işğal olmuş torpaqlarımızda kecirək. Digər çıxış edənlər də müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzuladılar. Torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət dilədilər.Sonra iftar süfrəsi açıldı.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər