Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılmışdır

22 yanvar 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə ölkəmizdə Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində 2021-ci ilin yanvar ayında vaksinləşmə prosesinə başlanılmışdır.
21 yanvar 2021-ci il tarixdən Daşkəsən  rayonunda da vaksinasiya prosesinə başlanılmışdır. Rayon Mərkəzi Xəstəxanasında COVID-19-a qarşı vaksinasiya prosesinin həyata keçirilməsi üçün xüsusi otaqlar ayrılaraq zəruri şərait yaradılmışdır. Birinci mərhələdə səhiyyə işçilərinin peyvənd olunması prosesinə başlanılmışdır.
Bu günə kimi 43 səhiyyə işçisi peyvənd olunub. Qəbul edilən vaksinlə bağlı tibb işçiləri arasında hər hansı bir narahatçılıq yaşanmayıb.
İlkin olaraq Daşkəsən rayonuna 127 dozada vaksin gətirilib.
Vaksin otaqları peyvənd saxlama üçün soyuducu və dərman ləvazimatları ilə təmin edilib. Vaksinin vurulması üçün isə ixtisaslı tibbi personalı xidmət aparır.
Qeyd edək ki, peyvənd olunan hər bir şəxsə növbəti vaksinasiyaya qədər xüsusi pasport verilir.

Keçidlər