Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Bu gün polis işçilərinin peşə bayramı günüdür

02 iyul 2015 | 15:00

Daşkəsən  rayon rəhbərliyi və hüquq mühafizə orqanlarının əməkdaşları şəhərin mərkəzində ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək gül dəstələri qoyub, ona öz ehtiramlarını bildiriblər. Qeyd edək ki, Azərbaycanda 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanlarının peşə bayramı kimi qeyd olunur.
Polis işçiləri Heydər Əliyev Mərkəzində ümummilli liderin fəaliyyətini əks etdirən guşələrə baxışdan sonra Azərbaycan polisinin yaranmasının 95 illik yubileyinə həsr olunmuş tədbiri rayon Polis şöbəsinin inzibati binasında  dəyirmi masa arxasında davam etdirdilər.
Tədbirdə xidməti vəzifələrinin yerinə yetirərəkən və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daşkəsən rayon Polis şöbəsinin rəisi, polis polkovniki Elsevər Aslanov Azərbaycan Polisinin yaranma və inkişaf tarixi və polisə olan qayğıdan danışdı. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavinləri Cavanşir Qocayev, Namiq Süleymanov və Rayon Məhkəməsinin hakimi Tofiq Məmmədov da öz çıxışlarında bildirdilər ki, ulu öndərin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra, Daxili İşlər Nazirliyinə dövlət qayğısı güclənməklə xalqa sədaqətli kadrların irəli çəkilməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildi. Bunun nəticəsi idi ki, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Ermənistanın təcavüzünə qarşı mübarizənin ön sıralarında mərdliklə döyüşən polis yüzlərlə şəhid versə də, öz vətəndaşlıq borcunu sonadək yerinə yetirdi. Bu gün də asayişimizin keşiyində duran Azərbaycan Polisinə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək diqqət və qayğı davam etdirilməkdədir.
Tədbirin sonunda Daşkəsən rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elsevər Aslanov veteran polis əməkdaşlarına hədiyyələr təqdim edib.

Keçidlər