Daşkəsən rayonunda növbəti dezinfeksiya işləri aparılıb
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Daşkəsən rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Daşkəsən rayonunda mütəmadi olaraq zəruri tədbirlər görülür.
İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə 8 yanvar 2021-ci Daşkəsən rayonunda əhalinin daha çox istifadə etdiyi yerlərdə növbəti dəfə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq işçilər lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.
Qeyd edək ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən bu istiqamətdə lazımi bütün tədbirlər həyata keçirilir və nəzarətdə saxlanılır.
İnsanların sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizə nəticəsində , Daşkəsən rayonunda 8 yanvar 2021-ci il tarixdə virusa yoluxma qeydə alınmamış və hazırda aktiv xəstə sayı 10 nəfərə düşmüşdür.