DAŞKƏSƏNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ MÖHTƏRƏM PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVİN DOĞUM GÜNÜ İLƏ BAĞLI VİDEOKONFRANS KEÇİRİLİB
Dekabrın 24-də Daşkəsən Rayon İcra Hakimiyyəti YAP Daşkəsən rayon təşkilatı ilə birgə “Vətən müharibəsində möhtəşəm zəfər, Azərbaycanın və regionunun gələcəyinə baxış” mövzusunda videokonfrans keçirib.
Videokonfransı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev açıq elan edib.
Konfransa YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, partiya fəalları və ictimaiyyət nümayəndələri qoşulublar.
Əhəd Abıyev giriş nitqi ilə çıxış edib. O, çıxışında deyib:
- Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Respublikasının möhtərəm Prezidenti, müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi doğum günü münasibətilə bütün Daşkəsən rayon ictimaiyyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Ona möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi diləyir, Ümummilli Liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi ali Dövləti fəaliyyətində yeni-yeni qələbələr, uğurlar arzulayırıq.
Daşkəsənlilər müasir Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxaran, regionda ən güclü dövlətə çevirən, vətəndaşlarımızın rifahının, sosial müdafiəsinin daha da gücləndirilməsində misilsiz xidmətlər göstərən Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi dəstəkləməklə Ona olan sonsuz istək, inam və ehtiramlarını həmişə olduğu kimi əməli işləri ilə nümayiş etdirirlər.
Bu gün müasir və müstəqil Azərbaycan dövləti öz ardıcıl nailiyyətləri ilə istər regionda, istərsə də beynəlxalq aləmdə yüksək səviyyədə ali mövqeyini və nüfuzunu bütün istiqamətlərdə dünyada sübuta yetirmişdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş müdrik siyasi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezidentimiz cənab İlham Əliyevin sayəsində bu gün ölkəmiz dünya reytinqlərində ən yüksək yerlərdə durur. İnsanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar, doğma Azərbaycanımız Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında hər bir azərbaycanlının fəxr edə biləcəyi bir məkana çevrilmişdir. Bu uğurların əsasında xalqa xidmət etmək mədəniyyəti durur. Azərbaycan vətəndaşları dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən vətəndaşların Prezident cənab İlham Əliyevə dərin inamıdır.
Bu inamı isə sentyabr ayının 27-dən başlayan, tariximizə qızıl hərflərlə yazılacaq İkinci Qarabağ müharibəsində cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbə daha da bərkitdi, 2020-ci ili yeni tariximizdə qələbə ili kimi əbədiləşdirdi. Bu Qələbənin tarixdə mühüm yeri təkcə 30 il sonra torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də milli qürurumuzun qaytarılmasıdır. İndi hər birimiz azərbaycanlı olmağımızın qürurunu yaşayırıq. Bu tarixi Qələbəni müəyyənləşdirən daha bir cəhət isə onun döyüş meydanında hərbiçilərimizin, əsgər və zabitlərimizin canı, qanı bahasına əldə olunmasıdır.
30 il ərzində xalqımız işğal faktı ilə razılaşmadı, güc topladı və biz öz torpaqlarımızı işğaldan azad etdik. Qələbənin təmin olunmasının mühüm səbəblərindən biri də müzəffər Azərbaycan Ordusu, igid hərbçilərimizdir. Güclü Ordumuz, milli həmrəylik, azərbaycançılıq ideyası olmasaydı, torpaqlarımızı azad edə bilməzdik.
Bu Qələbəmizin həlledici əsas amili, əlbəttə ki, güclü lider ölkə Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün bütün Azərbaycan xalqının böyük coşğu ilə qeyd etdiyi Qələbəmizin lideri, milli qəhrəman və sərkərdəsi məhz müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində Prezident İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük.
Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim Qələbəmizlə nəticələndi. Bunun nəticəsidir ki, Ermənistan tərəfindən bir neçə il ərzində zəbt olunmuş və 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad edə bildik. Bu Qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazda sülh və firavanlıq üçün də etibarlı zəmin yaradacaqdır.
Tarix öz şərəf səhifəsində Prezident cənab İlham Əliyevin adını əbədi həkk edəcəkdir. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev vaxtilə bildirmişdi ki, onun başa çatdıra bilmədiyi işləri İlham Əliyev sona çatdıracaqdır. Müdrikcəsinə deyilmiş bu fikirlər hazırda həyata keçir. Bu Qələbə Prezidentimizin, xalqımızın və Ordumuzun birliyinin, milli həmrəyliyimizin parlaq təzahürüdür.
Azərbaycanın bütün regionları kimi Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Daşkəsən rayonu da inkişaf etməkdədir. Məhz ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ötən dövr ərzində rayonumuzda tikinti, quruculuq, abadlıq işləri aparılmışdır. Görülən işlərin miqyası böyükdür. Onları sadalamaq uzun bir vaxt aparardı. Ona görə də birbaşa demək istərdim ki, artıq bizim rayonumuzun yeni siması müasir şəhərləri xatırladır. Əlbəttə, bunların hər biri ölkə rəhbərimiz tərəfindən aparılan mütərəqqi siyasətin, xüsusilə son dövrlərdə reallaşdırılan ardıcıl islahatların bariz nümunələridir.
Daşkəsənlilər həmişə olduğu kimi Heydər Əliyev ideyalarına, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətinə sədaqət nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşmişlər. Əminik ki, Yeni Azərbaycan Partiyası Daşkəsən Rayon Təşkilatı da bundan sonra Partiyanın işlərində öz aktivliklərini davam etdirərək daha böyük nailiyyətlər əldə edəcəkdir.
Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi bir daha da bütün Daşkəsən rayon ictimaiyyəti və şəxsən öz adımdan doğum günü münasibətilə ürəkdən təbrik edir, yorulmaz ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram.
Allah Prezidentimiz cənab İlham Əliyevi qorusun, Prezidentimiz cənab İlham Əliyev də xalqımızı, dövlətimizi.
Yaşasın müasir müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev!
Daha sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və ictimaiyyət nümayəndələri mövzu ətrafında çıxışlar edib, müzakirələr aparıblar.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı