Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Müharibə ilə əlaqədar əlillik statusu

23 dekabr 2020 | 16:00

Müharibə ilə əlaqədar əlillik təyinatı aparılanlar:

1. ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar(ARƏBM)
2. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar(HXVYY)
Müharibə ilə əlaqədar əlillik təyinatı üçün tələb olunan sənəd:

Xəstəlik haqqında Şəhadətnamə - hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilir və xəstəliyin, yaralanmanın və zədənin yuxarıdakı səbəblərdən biri ilə əlaqəsini təsbit edir.
Göndəriş (forma 88) – öncəki sənəd əsasında müharibə səbəbilə göndəriş rəsmiləşdirilir (elektron) və şəxsin orqanizminin sağlamlıq vəziyyəti, müalicələr, müayinələr və digər tibbi məlumatlar qeyd edilir.
Müraciət edilən dövlət qurumu:

Xəstəlik haqqında Şəhadətnamə üçün– Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası və ya digər hərbi həkim komissiyaları (xidmət keçdiyi orqandan asılı olaraq).
Göndəriş (forma 88) üçün – şəxsin qeydiyyatda olduğu və yaxud xidmət keçdiyi qurumun tibb müəssisəsi tərəfindən rəsmiləşdirilir.
Təyinat – yuxarıda qeyd olunan sənədlər elektron qaydada ƏƏSMN-ə təqdim edilir və Nazirlik tərəfindən qiymətləndirmə və təyinat aparılır.
Sosial təminat hüququnun yaranması vaxtı:

pensiya və müavinət üzrə - əlillik dərəcəsi müəyyən olunduğu gündən yaranır.
AR Prezidentinin təqaüdü üzrə -əlillik səbəbi müəyyən edildiyi gündən yaranır.
Əsas imtiyazlar:
birdəfəlik sığorta ödənişi - əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun 8 800, 6 600 və 4 400 manat sığorta ödənişi həyata keçirilir (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən).
AR Prezidentinin təqaüdü(aylıq) - əlillik dərəcəsinə uyğun 250, 230 və 210 manat məbləğində, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində AR Prezidentinin təqaüdü ödənilir (ƏƏSMN tərəfindən).
Əlilliyə görə pensiya (aylıq)–I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə hər bir halda, II və III dərəcə isə hüququ olduqda (ƏƏSMN tərəfindən, orta məbləğ 400-500 manat).
müavinət(aylıq)–əlilliyi müəyyən edilmiş şəxslərəin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olan 130, III dərəcə əlilliyi olan 110 manat məbləğində müavinət alır (ƏƏSMN tərəfindən).
mənzil təminatı - 01.01.2014-cü ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış ARƏBM ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi ƏƏSMN tərəfindən bu tarixdən sonra olanlar isə yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İndiyədək ƏƏSMN tərəfindən 9000-dən artıq mənzillər təqdim edilib.
avtomobil təminatı - əlillik göstəricisi hərəkət etmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdırdığı təqdirdə bu şəxslərə minik avtomobilləri təqdim olunur. İndiyədək ƏƏSMN tərəfindən 7000-dən artıq şəxsə avtomobil təqdim edilmişdir.
sanatoriya-kurort müalicəsi–əlilliyi müəyyən edilmiş şəxslərə tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər (ƏƏSMN tərəfindən).
reabilitasiya vasitələri –əlil arabası daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlər (ƏƏSMN tərəfindən).
reabilitasiya müalicəsi – bərpa mərkəzlərində mütəmadi reabilitasiya kursu keçirlər(ƏƏSMN-nin ölkə üzrə reabilitasiya mərkəzlərində).
təhsil – ARƏBM ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, habelə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin özləritəhsil haqqını ödəməkdən azad olunurlar (Təhsil Nazirliyi tərəfindən).

Keçidlər