Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir

19 iyun 2015 | 15:00

 

Daşkəsən rayonunda “Azərbaycanda istehlakçı
hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir

19 iyun 2015-ci il tarixdə  Daşkəsən rayon İcra Hakimiyyətinin iclas zalında  Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyi və Daşkəsən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət  Xidmətinin rəis müavini Araz Əliyev, Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev, rayonun aidiyyəti idarə, müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatlar, sahibkarlar, ictimaiyyətin nümayəndələri, və KİV nümayəndələri  iştirak etmişlər.
Konfransda  Xidmətin rəis müavini Araz Əliyev  çıxış edərək  respublikamızda bu istiqamətdə görülən işlərdən danışmış və bildirmişdir ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, bu gün istehlakçıların hüquqları dövlət tərəfindən qorunur və bu sahədə etibarlı təminat sistemi yaradılmışdır. İstehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Sonra Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxış edərək  rayonda bu sahədə əldə edilmiş uğurlardan danışmış,ölkə iqtisadiyyatının ildən-ilə yüksəlməsi vətəndaşların rifah halının yaxşılaşmasına imkan yaratmışdığını bildirmişdir.
Tədbirdə digər çıxış edənlər də istehlakçı hüquqlarının qorunması istiqamətində öz təklif və iradlarını bildirdilər.

Keçidlər