11.09.2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Daşkəsən şəhərində növbəti təmizlik aksiyası keçirilib
11 sentyabr 2024 | 13:36
Sentyabrın 11-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən şəhərinin ərazisində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 5.2-ci bəndinə uyğun olaraq bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi, o cümlədən biomüxtəlifliyin qorunması məqsədilə növbəti təmizlik aksiyası keçirilib.
Aksiyası zamanı ərazidə təmizlik işləri aparılıb, yaşıllığa qulluq göstərilib, toplanmış bərk məişət, o cümlədən digər tullantılar aidiyyəti üzə təhvil verilib.