Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayon ərazisində karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı reydlər davam etdirilir

08 dekabr 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən reydlər davamlı olaraq həyata keçirilir.

Keçirilmiş növbəti reyd zamanı mobil qrupun üzvləri qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və açıq ictimai məkanlarda sakinlər arasında maarifləndirici söhbətlər aparır, tənəffüs yollarını qoruyan maskadan  istifadənin, sosial məsafənin qorunmasının zəruriliyi barədə tövsiyələr veriblər.

Dünyada olduğu kimi, ölkəmizdə də koronavirus infeksiyasına yoluxma halı artmışdır. Bununla əlaqədar olaraq rayon sakinlərinə ciddi xəbərdarlıq olunur. COVİD-19 infeksiyasına qarşı birlikdə mübarizə aparmalı, sosial məsafə saxlamalı, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalı və başqalarını da bu qaydalara əməl etməyə təşviq edərək vətəndaşlıq məsuliyyətimizi yerinə yetirməliyik.

Keçidlər