Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 28 May Respublika günü ilə bağlı bayram tədbiri keçirildi

28 may 2015 | 15:00

Daşkəsəndə 28 May Respublika günü ilə bağlı bayram tədbiri keçirildi

28 may 2015-ci il tarixdə saat 11-00-da Daşkəsən rayonunda 28 May Respublika günü münasibətilə keçirilən ümumrayon tədbirinə daşkəsənlilər ciddi hazırlıqla gəlmişdilər. Belə ki, rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, idarə, müəssisə və təşkilatlarda, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, ümumtəhsil məktəblərində, mədəni-maarif müəsissələrində toplantılar, dəyirmi masalar, bilik yarışları təşkil olunmuş, dinləmələr aparılmışdır.
      Ümumrayon tədbirində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP fəalları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdi.
       Tədbiri giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı cənab Əhəd Abıyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. Demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynadı. Azərbaycan yenidən müstəqillik əldə etdikdən, 1991-93-cü illərdə mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qaldığı dövrdə Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün bu siyasət Ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi beynəlxalq aləm müstəqilliyinin bərpasından sonra tarixi baxımdan ötən qısa müddət ərzində Azərbaycanın parlaq inkişafını və əldə etdiyi nailiyyətləri izləyir. Məhz dünya şöhrətli prezdentimiz cənab İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan regionda mühim güc və cazibə mərkəzinə çevrilibdir.
      Daha sonra çıxış edən natiqlər də milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi islahatlardan, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan, dövlətçiliyimizin möhkəmləndirilməsindən, müstəqil ölkəmizin uğurlarından söhbət açdılar, həmçinin demokratik cümhuriyyətin süqutu səbəblərinə toxundular. Bildirdilər ki, 28 may 1918-ci il Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şanlı səhifəsidir. Müstəqilliyimizin qazanılmasında əməyi olan istiqlal mücahidləri ən böyük hörmət və ehtirama layiqdirlər. İkinci dəfə qazandığımız müstəqilliyin qorunub saxlanılmasında, dövlətimizin möhkəmlənməsində və dünya miqyasında tanınmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri vardır. Bu gün iqtisadiyyatımızın dinamik inkişafı, regionda və dünyada artan nüfuzumuz, beynəlxalq və mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi və təşkili təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uğurla davam etdirməsinin məntiqi nəticəsidir.
Ümumrayon tədbiri Daşkəsən rayon mərkəzində konsert proqramı ilə davam etdirilmişdir.


Vüqar Məmmədov

Keçidlər