“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Putin
23 noyabr 2020 | 16:00
“Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” kanalına müsahibəsində deyib.
“Ermənistan özü belə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini və suverenliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”, - deyə Putin bildirib.
O qeyd edib ki, Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib: “Heç kim Ermənistanın ərazisinə hücum etməmişdi və bu da bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermirdi”.