Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi ilə bağlı "Kitab bayramı" keçirilmişdir

19 may 2015 | 15:00

 

Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi ilə bağlı "Kitab bayramı" keçirilmişdir.

          19 may 2015-ci il tarixdə Daşkəsən rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi ilə bağlı "Kitab bayramı" keçirilmişdir. Daşkəsən şəhər mədəniyyət evinin qarşındakı meydanda təşkil olunmuş tədbirdə 250 nəfər iştirak etmişdir.

          Rayon rəhbərliyinin, ziyalıların, ictimaiyyət nümayəndələri və kitabsevərlərin iştirak etdiyi tədbirdə çıxış edənlər mədəniyyətimizin hamisi kimi tanınan ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmış, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamış, kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik etmişlər.
     Bildirilmişdir ki, Ulu Öndərin bütün həyatı kitabla bağlı olmuşdur. O, dönə-dönə xatırladırdı ki, kitab bəşəriyyətin tərəqqisinin ən böyük vasitələrindən biridir. Kitabxanaların xalq, millət, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyi olduğunu bildirən ümummilli liderimiz deyirdi ki, hər birimiz, ilk növbədə, ancaq kitab vasitəsi ilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq, ona görə də kitaba hər zaman borcluyuq.   

     Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyev haqqında və vətənpərvərlik mövzusunda şagirdlər tərəfindən şeirlər söylənilmiş, körpə fidanların ifasında milli rəqs nümunələri ifa olunmuş və rayonda keçirilən tədbirlərdə fərqlənmiş şagirdlər mükafatlandırılmışlar.

        Keçirilən ənənəvi kitab bayramında  ulu öndər Heydər Əliyevə  və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş ədəbiyyatlar  nümayiş olunmuşdur.

Keçidlər