Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə İlk Avropa Oyunlarının məşəli coşqu ilə qarşılandı

16 may 2015 | 15:00

Daşkəsəndə İlk Avropa Oyunlarının məşəli coşqu ilə qarşılandı

Bakı -2015 ilk Avropa Oyunlarının məşəli Gəncə şəhərində keçirilən möhtəşəm festivaldan sonra Daşkəsən rayonuna gətirildi. Daşkəsən şəhərinin  giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu.
Heydər Əliyev prospekti boyunca 6000-dən çox rayon sakini yürüş iştirakçılarını böyük coşqu və məhəbbətlə qarşıladılar. Avropa Oyunlarının rəmzi qapısında ağırlıq qaldırma üzrə dünya çempionu Xəqani Abdullayev 1-ci Avropa Oyunlarının məşəlini qəbul etdi. O,bildirdi ki, bu gün Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına ev sahibliyi edir. İdmançılarımızın olimpiya oyunlarında, dünya və avropa çempionatlarında qazandıqları medallalrın sayı ilbəil artır. Ölkəmiz bu yarışlara da uğurla ev sahibliyi edəcəkdir. Birinci Avropa Oyunları Azərbaycanda idmanın inkişafı ilə yanaşı, onun milli mədəniyyətinin tanıdılmasına da geniş şərait yaradacaqdır.
Sonra 10 nəfər məşəldar Avropa Oyunlarının rəmzi qapısından 2 km məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədalarının müşaiyəti ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə ümummilli liderin adını daşıyan mərkəzin qarşısına gəldilər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları alqışlarla qarşıladılar.
Sonuncu məşəldar Yunan-roma güləşi üzrə məşqçi müəllim Zaur Həsənov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırdı və bu xoşbəxtlik ona nəsib olduğu üçün ölkə başçısı cənab İlham Əliyevə və onun xanımı İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarlıq etdi.
Sonra meydana toplaşanların alqışları altında birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlara başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təqdim olundu.
Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevayanın, Avropa Oyunları komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150 artıq qonağın iştirak etdiyi Atəşgah məbədində Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Rayonda İlk Avropa Oyunlarının məşəlinin qarşılanmasının yüksək səviyyədə təşkilinə və keçirilən tədbirin möhtəşəmliyinə görə təşkilat komitəsi tərəfindən “Xatirə medalı”  Daşkəsən rayonuna təqdim olundu.
Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin hər bir Aəzrbaycan vətəndaşı üçün qürurverici olduğunu bildirən Daşkəsən şəhər sakini Şahnaz Tağızadə öz sevincini belə bölüşdü : “Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə başçısı cənab İlahm Əliyevin dünya siyasətindəki mövqeyindən xəbər verir. Doğrudan da, Azərbaycan bu gün əsl bayram əhval-rühiyyəsindədir. Sevinirəm ki, biz gündən-günə güclənib, inkişaf edən bir ölkədə yaşayırıq.
Sakinlərdən rayon Müharibə, Əmək və Silahlı qüvvələr veteranları şurasının sədri Elman Məmmədov söhbətə qoşularaq Azərbaycanda keçiriləcək birinci Avropa oyunlarını tarixi hadisə kimi dəyərləndirdi, ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi.
Birinci Avropa Oyunlarının məşəli tədbir iştirakçılarının alqış sədaları altında Daşkəsən rayonundan Samux rayonuna yola salındı.

Keçidlər