Kəlbəcərdən gedən ermənilər öz vəhşiliklərini dünyaya bir daha göstərirlər
44 gün davam edən İkinci Qarabağ Müharibəsində məğlubiyyəti qəbul edən Ermənistan 10 noyabrda imzaladağı razılaşmaya əsasən, Kəlbəcər, Laçın və Ağdamdan çıxmağa başlayıb.
Ermənilər nifrət və xainliklərini 30 ilə yaxındır yaşadıqları Azərbaycan evlərini yandırmaqla biruzə veriblər. Ən çox talançılıq isə sabah təslim ediləcək Kəlbəcər rayonunda baş verir. Daşıya biləcəkləri əşyaları maşınlarına yükləyən ermənilər evlərə benzin tökərək yandırırlar. Onlar mağaza, idarə binalarını yararsız hala salırlar və eyni mənzərə Laçınla Ağdamı da gözləyir.
Onların bu hərəkəti dünya mətbuatının da diqqətini çəkib. Qərb, Rusiya və Türkiyə KİV bölgə sakinlərinin bu addımını fotolarla birgə işıqlandırıblar.
Fotolardan ermənilərin evlərin dam örtüklərini, odun parçalarını, məişət əşyalarını özləri ilə apardıqları əks olunub.