Dövlət Sərhəd Xidməti ilk dəfədir ki, Azərbaycanın ümumi 3360 km olan bütün su və quru sərhədində vətənimizin keşiyini çəkə biləcək
“Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Bu, o deməkdir ki, Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində vətənin keşiyini çəkə biləcək”.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Laçının tam azad olunmasından sonra Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) müstəqilliyimizin 30 ili qarşısında ilkə imza atıb:
“Bu, o deməkdir ki, Ermənistandan Azərbaycan ərazisinə, şərti adı Qarabağ rayonu olan bölgəyə gələcək müdaxilə nəzarət altındadır. Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti ilk dəfədir ki, Azərbaycanın ümumi 3360 km olan bütün su və quru sərhədində vətənimizin keşiyini çəkə biləcək”.