Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümü veteranlarla birgə qeyd edildi

09 may 2015 | 15:00

 

Daşkəsən rayonunda 1941-1945-ci illər Böyük Vətən
müharibəsində qələbənin 70-ci ildönümü veteranlarla birgə qeyd edildi

May ayının 9-da Daşkəsən Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi ilə birgə 1941-1945-ci illər müharibəsində qələbənin 70-ci ildönümü münasibətilə Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirdi. Öncə rayon rəhbərliyi, veteranlar, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının və ictimaiyyətin nümayəndələri Ulu öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsinin önünə gül dəstələri qoydular.
Sonra tədbir dəyirmi masa çay süfrəsi arxasında davam etdirildi. Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi döyüş və əmək rəşadətlərindən danışaraq ölkəmizdə müharibə veteranlarına dövlət səviyyəsində göstərilən diqqət və qayğını qeyd etmişdir.
O, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 9 May Qələbə gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edildiyini xüsusi olaarq vurğulamışdır.
“1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi mayor İxdiyar Əhmədov da müharibədən və onun çətinliklərindən danışaraq qeyd etmişdir ki, həyatda insan mənəviyyatını müharibə qədər alçaldan ikinci bir ictimai-siyasi varlıq yoxdur. Bəşər tarixində bir cox müharibələr olmuşdur. Lakin II Dünya müharibəsi qədər  sarsıdıcı, insan tələfatı çox olan müharibə baş verməmişdir. 700 min nəfərə yaxın Azərbaycan vətəndaşının iştirak etdiyi II Dünya müharibəsində 300 mindən çox həmvətənimizin həlak olduğunu deyən İ.Əhmədov həmin illərdə ön və arxa cəbhədə göstərilən fədakarlıqlardan söz açıb, arxa cəbhədə Azərbaycan neftçilərinin əməyini xüsusi qeyd edib. O bildirib ki, Bakı nefti, Azərbaycan neftçilərinin fədakarlığı olmasaydı, Sovet İttifaqı bu müharibədə qələbə qazana bilməzdi.
İ.Əhmədov qələbənin 70 illik yubileyi münasibətilə Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamları veteranlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirərək qeyd etdi ki, faşizm üzərində qələbə ulu öndərimizin dediyi kimi, dünyanın tərəqqipərvər qüvvələrinin qələbəsidir. Faşizmin əleyhinə qalxmış bütün xalqların, Sovetlər İttifaqında birləşmiş bütün xalqları kimi Azərbaycan xalqının qələbəsidir.
Daşkəsən Rayon Müharibə Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Elman Məmmədov öz çıxışında bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın oğul və qızlarının 1941-1945-ci illərdə qəhrəmanlıqlarına verilən qiymətin göstəricisidir.
Çıxış edən natiqlər qeyd etmişlər ki, möhtərəm Prezdentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin müdrikliyi nəticəsində Dağlıq Qarabağımızda tezliklə bundan da böyük Qələbə bayramımızı qeyd edəcəyik. Biz hər birimiz əməli işimizlə qələbə gününü yaxınlaşdırmalıyıq. Möhtərəm Prezidentimizin ətrafında bütün varlığımızla səfərbər olaraq onun ətrafında daha sıx birləşməliyik.
Xoş təəssüratlarla davam edən bayram tədbirində Böyük Vətən müharibəsi  iştirakçılarına “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi” yubiley medallar təqdim olundu, qiymətli hədiyyələr verildi. Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara təbrik məktubu oxundu, xatirə şəkilləri çəkildi.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü.

Keçidlər