Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi münasibəti ilə şahmat üzrə rayon birinciliyi keçirildi

07 may 2015 | 15:00

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi münasibəti ilə şahmat üzrə rayon birinciliyi keçirildi

Daşkəsən rayon İcra Hakimiyyəti Başcısının Sərəncamına uyğun olaraq 04-06 may 2015-ci il tarixlərdə Daşkəsən rayon Gənclərinin Təlim və İstirahət Mərkəzində “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin təşkilatçılığı, YAP Daşkəsən rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin dəstəyi ilə
Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında şahmat  üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə məqsəd Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev yaradıcılığının təbliği, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi, I Avropa Oyunlarına dəstək olmuşdur. Yarışda  34 nəfər iştirak etmişdir. Gərgin keçən mübarizədən sonra I yerə A.Mürsəlov adına 2 saylı tam orta əktəbin şagirdi Məmmədli Elman Rahib oğlu, II yerə A.Mürsəlov adına 2 saylı tam orta əktəbin şagirdi  Əsgərov Emin Arif oğlu, III yerə İ.Nəsimi adına 1 saylı tam orta məktəbin şagirdi Abbaszadə Qəzənfər Asəf oğlu, IV yerə A.Mürsəlov adına 2 saylı tam orta əktəbin şagirdi Alıyev Hətəm İftixar oğlu, V yerə İ.Nəsimi adına 1 saylı tam orta məktəbin şagirdi  Abdullayev Vüqar Eldəniz oğlu  layiq görülmüşdür. Qalib idmançılara və bütün yarış iştirakçılarına  “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin struktur vahidi “Daşkəsən Filizsaflaşdırma” ASC-i tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər