Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə pandemiyaya qarşı reydlər davam etdirilir.

29 oktyabr 2020 | 16:00

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin rəhbərliyi ilə İcra  Hakimiyyətində yaradılmış operativ qərargahın üzvləri koronavirus (COVİD-19) pandemiyasının Daşkəsən rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti həyata keçirmək məqsədilə mütəmadi olaraq reydlər keçirir.
Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını,  avtovağzal və mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektləri və ictimai nəqliyyat vasitələrini əhatə edib.
Mobil qruplar tərəfindən keçirilən reydlər zamanı vətəndaşların gigiyenik tələblərə ciddi əməl etmələrinin, tibbi-qoruyucu vasitələrdən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, sosial məsafənin gözlənilməsinin, əsasən, bankların və ticarət obyektlərinin qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyi qeyd edilib.
Reyd zamanı 35-ə yaxın iaşə və ticarət obyektinə baş çəkilib, vətəndaşlar və obyekt sahibləri tərəfindən koronavirus infeksiyasının profilaktikasına dair metodik göstərişlərə  riayət olunmasına, əlcək və maskalardan istifadə edilməsinə diqqət yetirilib. Küçə ticarətinə son qoyulması, antisanitariya yaradan halların təkrarlanmaması üçün xəbərdarlıqlar olunub.
Reyd zamanı 2 vətəndaş qərarların məsuliyyətindən yayındığına görə cərimələnib, 76 vətəndaşa, 27 iaşə, 28 ticarət obyektinə, 3 bərbərxanaya xəbərdarlıq edilib.
Bu çağırışları anlayışla qarşılayan sakinlər koronavirus pandemiyası ilə mübarizədə Prezident cənab İlham Əliyevin vaxtında qəbul etdiyi qərarları alqışladıqlarını, ələlxüsus da hər gün yeni-yeni qələbələr sorağı gələn əsgərlərimizi qorumaq üçün qaydalara bundan sonra da əməl edəcəklərinə söz veriblər.
Görüş və söhbətlər zamanı 50-dən artıq şəhər sakininə maskalar paylanıb.

Keçidlər