Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı yanında operativ qərargahda növbəti müşavirə keçirilib

27 oktyabr 2020 | 16:00

Oktyabrın 27-də Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin sədrliyi ilə Daşkəsən rayonu ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər barədə Qərargah üzvlərinin növbəti iclası keçirilib.
Qərargahın sədri Əhəd Abıyev iclasda rayonda koronavirus epidemiyasına qarşı görülən işlər barədə ətraflı məlumat verib.
O, çıxışında vurğulayıb:
- Bu müşavirəmizi Daşkəsəndə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması məqsədilə  keçiririk.
Bildiyiniz kimi koronavirus infeksiyası ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı yanında Operativ Qərargah yaradılmışdır. Qərargah Azərbaycan Respublikası Prezidenti Administrasiyasından və Nazirlər Kabineti yanında Operativ Qərargahdan gündəlik daxil olan tapşırıq və tövsiyələrə uyğun olaraq Daşkəsən rayonu ərazisində mövcud vəziyyəti daim nəzarətdə saxlayır.
Rayon İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr, YAP fəalları, hüquq-mühafizə, xüsusən də rayon polis şöbəsinin yaxından köməkliyi ilə karantin rejiminin tələblərinə əməl olunur, fərdi izahetmə-xəbərdarlıq işləri aparılır. Yaradılmış 46 mobil qrup tərəfindən gündəlik monitorinqlər və reydlər keçirilir.
Hazırda ölkə ərazisində yoluxmanın sayında artım olduğu üçün rayonda olan bəzi iaşə obyektlərinin fəaliyyəti dayandırılmışdır.
Rayon  ərazisində olan apteklərdə dərman və tibbi ləvazimatların, xüsusilə maska, əlcək və tibbi spirtlə təminat  tam normaldır.
Sakinlər vaxtaşırı həkim müayinəsindən keçirilir. Vətəndaşlardan yaxmalar götürülərək Şəmkir Taun Əleyhinə stansiyaya göndərilir. Hazırda 46 nəfər rayon sakinində koronavirus infeksiyasına yoluxma təsdiqlənmişdir. Mart ayından indiyədək 1750 nəfərdən yaxma götürülmüşdür.
Rayon ərazisində vaxtaşırı olaraq həyata keçirilən tədbirlər sırasında ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi də vacib yer tutur, bu sahədə  tədbirlər davam etdirilir.
Yoluxmuş şəxslərin evdə müalicələrin davam etdirilməsinə qərargah tərəfindən nəzarət artırılmalıdır. Onların sərbəst hərəkətinə yol verilməməlidir. 
Ona görə də  bütün qərargah üzvlərinə  bir daha da tapşırıram ki, hər bir yoluxmuş ailə ciddi nəzarətə götürülməli, əhalinin sıx toplaşdığı ərazilərdə, kənd mərkəzlərində, ictimai-iaşə obyektlərinə nəzarət olunmalı, insanların təmas imkanları minimuma endirilməli, vətəndaşlar yalnız ciddi ehtiyac olduğu təqdirdə evdən çıxmalıdırlar.
Kənd və qəsəbələrdə dezinfeksiya işlərinə xüsusi nəzarət edilməlidir.
Hazırda ölkədə müşahidə olunan həssas dönəmdə hər birinizə ölkə Prezidenti cənab İlham Əliyevin “daim vətəndaşın yanında olun” tapşırığına uyğun olaraq hər kəsə məsuliyyətli olmağı və tələb olunan karantin rejimi qaydalara əməl edilməsində qüsursuz fəaliyyət göstərməyi tapşırıram.
Əhəd Abıyevin çıxışından sonra müşavirdə rayon Polis şöbəsinin rəisi Azay Ağayev, prokuror Maarif Hüseynov, rayon mərkəzi xəstəxanasının direktor əvəzi Natiq Həsənov  və digər qərərgah üzvləri çıxış edərək COVİD-19 pandemiyasına qarşı Daşkəsən rayonunda görülən tədbirlərin icra vəziyyətini müzakirə ediblər.

Keçidlər