Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

10 Oktyabr – Azərbaycan Respublikası Yanğınsöndürənlərinin Peşə Bayramı Günüdür

10 oktyabr 2024 | 09:17

Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci il oktyabrın 10-da Bakı şəhər İdarəsinin tərkibində Bakı Yanğın Komandasının təsis edilməsini əsas tutaraq Ulu Öndər  Heydər Əliyev 5 oktyabr 2002-ci il tarixli 1052 nömrəli Sərəncamı ilə hər il oktyabrın 10-nu yanğınsöndürənlərin peşə bayramı günü kimi təsis etmişdir.

Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Fövqəladə Hallar Nazirliyinin strukturunda isə həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafizə Xidməti yaradılmışdır.

Böyük tarixi yol keçmiş Azərbaycan yanğınsöndürmə xidmətinin fəaliyyəti indi bütün ölkəni əhatə edir. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Yanğından Mühafizə Xidməti ən müasir yanğınsöndürmə texnika və vasitələri ilə təmin olunmuşdur.

Respublikamızda olduğu kimi Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti də üzərilərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirməyə, yanğınların söndürülməsi ilə yanaşı təxirəsalınmaz xilasetmə işlərini həyata keçirməyə hər an hazırdırlar.

Ölkəmizin bütün yanğınsöndürənlərini peşə bayramları günü münasibətilə ürəkdən təbrik edir, onlara mərdlik, cəsarət və fədakarlıq nümunəsi olan məsul şərəfli xidmətlərində möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayırıq!

Keçidlər