05.07.2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların qəbulu keçirilib. Qəbulda 10 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən məşğulluq, maddi yardım olunması, daşınmaz əmlakı üçün çıxarışın alınması, qonşusu tərəfindən onun evinə gedən yolun çəpərlənməsi, evinin təmir olunması və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.