Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

KARYERANA YAY MƏKTƏBİNDƏ BAŞLA!

19 iyun 2023 | 14:47

İyulun 2-dən 7-dək Daşkəsən rayonunda Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə "Karyerana başla" yay məktəbi keçiriləcək.

Düşərgənin məqsədi gənclərin “Karyerama haradan? Necə başlayım?” suallarına cavab tapmağına imkan yaratmaq, onların karyera planlamasına istiqamət vermək, peşə seçimində dəstək olmaqla, inkişaflarına töhfə verməkdir.

Qeydiyyat üçün link: https://forms.gle/Gch4EhAkVtkAHq3n6

Son qeydiyyat tarixi: 23 iyun, saat 23:00-dək.

Məkan: Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi, Daşkəsən rayonunun Xoşbulaq kəndi.

Keçidlər